Ennio Flayano (; ) — İtaliya jurnalisti, yazıçı və ssenarist.

Həyatı

Ennio Flayano 5 mart 1910-cu ildə anadan olmuşdur. Əvvəl memar işləsə də, sonradan jurnalistliyə başlamış və “Cineillustrato”, “Oggi”, “Il Mondo”, “Il Corriere della Sera”, “L'europeo”, “L'espresso” kimi məşhur italyan mətbuatı ilə sıx əməkdaşlıq etmişdir. Onun ilk pyesi “La guerra spiegata ai poveri” 1946-cı ildə ərsəyə gəlmişdir.

“Öldürmək zamanıdır” romanına görə 1947-ci ildə “Streqa” mükafatına layiq görülmüşdür. Romandakı hadisələr 1935-1936-cı illər İtaliya-Efiopiya müharibəsində cərəyan edir. İtalyan zabiti təsadüfən efiopiyalı qadını öldürür və sonra buna görə cavab verməli olur.

Ennio Flayano bir çox filmlərin ssenari müəllifi olmuşdur. Tullio Pinelli ilə birlikdə rejissor Federiko Fellininin 10 filminin ssenarisini yazmışdır. Bu filmlərin sırasına “Varyete işıqları” (1950), “Ağ şeyx” (1952), “Ana uşaqları” (1953), “Yol” (1954), “Fırıldaqçılar” (1955), “Kabiriyanın gecələri” (1957), “Şirin həyat” (1960), “Bokaçço-70” (1962), “Səkkiz yarım” (1963), “Cülyetta və ruhlar” (1965) filmlərini aid etmək olarPeter Bondanella, The Cinema of Federico Fellini, Princeton University Press, 1992, pages 337–340.. Ennio Flayano 3 dəfə “Oskar” mükafatına (1958, 1962, 1964) namizəd olmuşdur.

Ennio Flayano 20 noyabr 1972-ci ildə Romada 62 yaşında vəfat etmişdir.

Filmoqrafiya

Yol (film, 1954) / La Strada Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria Şirin həyat (film, 1960) / La Dolce Vita Səkkiz yarım (film, 1963) / 8 ½

İstinadlar

Kateqoriya:Ssenaristlər Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:İtaliya ssenaristləri Kateqoriya:İtaliya dramaturqları Kateqoriya:Dramlar