thumb|Obyektiv Obyektiv — təsviri səthə(fotomaterial, matrisa və s.) proyeksiya edən fotoaparatla birlikdə çalışan linza və ya linzalar dəstindən ibarət olan optik qurğudur. Obyektivlər foto, kino çəkilişində, optik çapda, mikroskopda, teleskopda və müxtəlif müşahidə və optik cihazlarda istifadə olunur. Müşahidə cihazlarında obyektiv cihazın birinci komponenti sayılır. Bu halda təsvirə cihazın okulyarında baxılır. Qurğunun təyinatından asılı olaraq obyektivə diafraqma, sürgü, başlıq, fokuslama sistemi kimi köməkçi elementlər əlavə edilə bilər. Obyektivlərin xarakteristikaları
Obyektiv – 1)fizikada: obyektiv (optik cihazın qabaq şüşəsi və ya şüşələri); 2)fəlsəfədə: şüurumuzdan asılı olmayan; 3)qərəzsiz, tərəfkeşlik etmədən.
İstinadlar
Kateqoriya:Fototexnika Kateqoriya:Mikroskoplar Kateqoriya:Optik cihazlar