thumb|300px|right|Midiya (Kiçik Midiya) toponimləri (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839) Midiya toponimləri – Midiya dövləti ərazisində yayılmış tarixi toponimlər.

Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur.

Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur, lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindənЮсифое Ю. Б. О некоторых компонентах неизвестного происхождения. V Всесоюзная сессия по Древнему Востоку. (Тезисы докла-дов). Тбилиси, 1971 söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindənГейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991 müdafiə olunmuşdur.

Midiya ərazisində toponimlərin bir qrupu kin, kinq sözü başlayır. İ. M. Dyakonov yazmışdır ki, lulube və kassit dillərində bu söz qala, möhkəmləndirilmiş yer deməkdirДьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 138 Belə çıxır ki, qin, qinq – qala sözündən yaranmış toponimlər Midiya ərazisində er. əv. III–II minilliklərdən yaşaması məlum olan lulubelərin və kasların yaşayış məskənlərinin adları kimi təşəkkül tapmışdır. Ola bilsin ki, bu söz mannalara və madaylara da keçmiş və toponim yaradıcılığında işlənmişdir. Ona görə də kin (qin), kinq (qinq) sözünün (diqqət cəlb edən budur ki, qinq sözündə qanq sözündə olduğu kimi qədim Altay dilləri üçün səciyyəvi nq qovuşuq səsi vardır) türkmənşəli olması düşünülməkdədir.

K u a k i n d a (er. əv. 834-cü il). Türkcə kiya (qırğızca, özbəkcə, və qazaqca kiya, altayca kayu)-dik, sıldırım, yalçın yamac, çətinliklə gedilə bilən qayalı yamac, enişМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 277, kin-"qala sözlərindən və -da (la) şəkilçisindəndir.

K i n d u t a u ş (er. əv. 820-ci il). E. A. Qrantovskinin ehtimalına görə, İranmənşəli addırГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 200. Türkcə kin-qala, -du (lu) şəkilçisi və tauş, taus – səsküylü (çay sözlərindəndir (toponimin sonundakı komponent Azərbaycanda Tavusçay hidronimləri ilə müqayisə olunur).

K i n q i ş t i l e n z a x (er. əv. 820-ci il). Türkcə kinq – "qala, naməlum iştilen komponenti və türkcə üzək, özək – "çay"Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, 406, 510 sözlərindəndir. Ehtimal ki, iştile komponenti iş və tile hissələrindən ibarətdir.

U r ş a n i k a (er. əv. 744-cü il). Sanqi əyalətində (indiki Səhənd dağı olan bölgədə) bir şəhərin adı. E. A. Qrantovskiyə görə, hindcə varşan – "qüdrətli, qüvvətli, böyük sözündəndirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 233. Q. Qeybullayev qeyd edir ki, bu, inandırıcı deyil, çünki şəhər adı belə sözdən ibarət ola bilməz. Həmdullah Qəzvini (XIV əsr) Təbriz yaxınlığında Urişak toponimini qeyd ediЯкут аль-Хамави. Муджам ал-Булдан (сведение об Азербайджане). Хамдаллах Казвини. Нузхат ал Кулуб (сведение об Азербайджане). Баку, 1983, səh 42. Türkcə ur – möhkəmləndirilmiş yer, təpə, sanq (çanq) – dağ və ık, ik – küləkdən qorunan yer, daldalanacaq yer, sığınacaq, tərəfСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I,651 sözlərindəndir. Qeyd edilməlidir ki, Manna və Midiya toponimlərinin bəzilərində ur sözü mənşəcə şumer dilinə aid uru – icma, şəhər (qədim türkcə ordu – şəhər, xan düşərgəsi) sözü də sayıla bilər.

Q i n z i n (er. əv. 728-ci il). Güman ki, er. əv. 728-ci ilə aid mənbədə göstərilən Qizinikissa toponimi ilə eynidir. Türkcə kin – qala və çinq – sıldırım, şaquli yarğanlı yayla, əlçatmaz dağ sözlərindəndir. Quruluşca Midiyada Karzin toponimi ilə müqayisə olunur.

K i n q a r i k u (er. əv. 714-cü il). Qədim türkcə kinq-qala və ərqu – dayanacaq, düşərgə sözlərindən, yaxud kinq və qədim türkcə erik, monqolca ereq – sıldırım sahil, yarğanМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985,638 sözlərindəndir.

K i n t a u (er. əv. 714-cü il). Y. B. Yusifov bu toponimi Qaradağ kimi mənalandırmışdır. Q. Qeybullayev isə yazır ki, oronim kin-qala və tay-dağ sözlərindən ibarətdir və Qaladağ deməkdir.

Midiya ərazisində bir qrup toponimdə işta, işte komponenti diqqəti cəlb edir. Y. B. Yusifov bu adların bəzilərinin türkcə issi, isti (ilıq) sözündən ibarət olduğunu yazmış, İştraura toponimini İsti çay kimi mənalandırmış və orta əsr Qermrud – İlıq çay çayı ilə eyniləşdirmişdirЮсифов Ю. Б. Топонимы и этническая история древнего Азербайджапа. "Материалы конференции о проблемах Азербайджанского ономастики". Баку, 1986 Ehtimal ki, digər toponimlərdə işta sözü türk dillərindəki ast – alt tərəf, aşağı tərəfСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982 ,I,195 sözüdür; bəlkə də Arazdan aşağıda yerləşdiklərinə görə bu toponimlərin bəzilərində ast sözü öz əksini tapmışdır. Bunu Atropatenada Ptolemeyin göstərdiyi Astabene, Strabonun göstərdiyi Azar, müasir Astara və Astrabad toponimlərində görmək olar. Ptolemeyin Midiyada qeyd etdiyi Astabene toponimi indiyədək Cənubi Azərbaycanın Qaradağ mahalında Üştibin azərbaycanlı kəndinin adında qalmaqdadır. Həmin mahalda, Arazın sağ sahilində, Seyid Cəbrayıl dağının qərb ətəyində Astamal kəndi vardır. Ona görə də İştaippa (er. əv. 714) toponiminin bu komponent vasitəsilə düzəldiyini güman etmək olar. İştaippa toponimi isə Üç təpə toponiminin təhrifidir. Cənubi Azərbaycanın Qaradağ vilayətində indi Üçqardaş adlı üç təpədən ibarət dağ vardır. Q. Qeybullayevə görə türkcə ast – alt, aşağı sözü Tutaşti (er. 744-cü il) toponimində də əksini tapmışdır. Türkcə tut – düşərgəРадлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, III, 2, 1475 və ast – aşağı, alt sözlərindən ibarətdir.

Z a k r u t i və T a d i r u t i (er. əv. 744-cü il). Midiyada dağ adları. Yerli Saqirutu və Tadirutu oronimlərinin assur dilində yazılışıdır. Cənubi Azərbaycanın Qaradağ mahalında lokalizə olunurlar. Babək üsyanı ilə əlaqədar hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları kimi qeyd olunur. Zakruti oronimi türkcə saqir – dağ burnu, möhkəmləndirilmiş yerРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV , III,2,448 sözü, u birləşdirici səsi və türkcə tu – dağРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, III. 2, 1421 sözündən ibarətdir. Şumer dilində an-zaggar (yazılışı semit mənşəli akkadcadır) – qala, möhkəmləndirilmiş yer sözü ilə türk dillərindəki saqir və çakar – qala, möhkəmləndirilmiş yerМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985,606 sözlərinin mənşə birliyinə görə həm də güman etmək olar ki, Zakruti oronimində bu sözün məhz şumer forması öz əksini tapmışdır. Bütün hallarda oronim Qaladağ mənasındadır. Tadiruti oronimi isə ted, tey – "təpəМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 548, ur "dağın gündüşən tərəfi"Древнетюркский словарь, М., 1969 , səh 211 sözləri, u birləşdirici səsi və tu dağ sözündən ibarətdir.

S i l x a z i (er. əv. 737-ci il). Asur dilində ç və c səslərinin olmadığına görə həmin səslər s səsi ilə verilirdi. Ehtimal ki, türkcə çil –çox da böyük olmayan yarğan, çay yatağı, çaylaqМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985 , səh 615 və azi (yazı) – çay sahili düzən sözlərindən ibarətdir. Ola bilsin ki, azi komponenti türk dillərindəki aju – dağ aşırımı, dağ keçidiМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985 , səh 61 sözündən yaranmışdır. Er. əv. 713-cü ilə aid mənbədə Midiyada Aqazi toponimi qeyd olunur ki, bu da türk dillərindəki aq (torpağın süxurunun bozumtulluğunu bildirən söz) və yazı – çay sahili düzən sözlərindəndir.

Midiya ərazisində bir neçə toponim ur sözü ilə düzəlmişdir. Türk dillərində ur sözü tikmək, bina etmək, mənasını bildirirСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 599. Toponimlərdə ur – möhkəmləndirilmiş yer, qala səddi, səngərМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 415 deməkdir. Altayın türk dillərində ur həm də təpə, yüksəklik mənasındadır və ona görə oradakı Ural və Uraş toponimlərinin də bu sözdən yarandığı göstərilir. Midiyada Uraş qala adı kimi qeyd olunur ki, bu da ur sözünün mənasına uyğundur. Bu ad Azərbaycanda XVI əsrdən məlum olan Araş (Ərəş) toponimi ilə bəlkə də eyni mənadadır. Urnakku toponimini asur dilində əlavə olunmuş k və u adlıq hal şəkilçisindən ibarət olduğuna görə əsl forması Urnak kimi bərpa olunur. XIV əsr müəllifi Həmdullah Qəzvini Təbrizin bir mahalının Arunak adlandığını yazırЯкут аль-Хамави. Муджам ал-Булдан (сведение об Азербайджане). Хамдаллах Казвини. Нузхат ал Кулуб (сведение об Азербайджане). Баку, 1983, səh 43. Türkcə ur və nak (-lak) şəkilçisindəndir. Qazaxıstanda indiki Urnak şəhərinin adı ilə eynidir.

U r i k a t (er. əv. 719-cu il). Bu toponimi üç cür izah edilir. Türkcə ur-yarğan, sıldırımМинорский В. В. История Ширвана и Дербента. М., 1963, səh 579 və kat – dağın meşəsiz gündüşən tərəfi, yaxud qat – tərəf, yan, sözlərindən ibarətdir. Altayda Uluq-Kat, Kadır-Kat və b.Мурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 264 dağ adları ilə müqayisə olunur. Urqa – yüksəklik, sıldırımlı yerМурзаев Э. М. Словарь народных географических терминов. М., 1985, səh 580 sözündəndir. Erkən orta əsrlərdə Albaniyanın Artsak əyalətində Urekat toponimi vardı (qədim ermənicə yazılışında bu da Urek kimidir, lakin həmin dildə adların sonluqlarının düşməsi səciyyəvi haldır, məsələn, Tusluk toponimi Tus kimi yazılırdı.) Musa Kalankatlının Alban tarixində sonluqları kat sözü ilə bitən Kalankat, Karnakat, Şaqat və b. toponimlər çəkilir.

D a n a k u (er. əv. 713-cü il). İranın Sasani şahlarından II Xosrovun (591–628) vaxtında Cənubi Azərbaycan ərazisində Danak çölünün adı qeyd olunurКасумова С. Ю. Азербайджан в III–VII вв. Баку, 1992,31. Türkcə dan – düzənРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV, III,2,1621 sözündəndir.

N i ş a a (er. əv. 744-cü il). Midiyada ölkə adı. Büsütun qaya yazısında (er. əv. 519-cu il) Nisa kimi qeyd olunmuşdur. Midiyada məşhur cins at ilxılarının saxladığı əyalətdirAmmian Marsellin, XXIII, 6, 30. Türkcə en, in – yer, aşağı yerДревнетюркский словарь, М., 1969, səh 173, 209 və say səhra, düzənlikДревнетюркский словарь, М., 1969, səh 173, səh 481 sözlərindəndir. Görünür, əvvəlcə İnsay, yaxud Ensay kimi olmuş toponim "i" və "n" səslərinin yerdəyişməsi nəticəsində Nisay formasına düşmüşdür. Nisay düzən, səhra yeri mənasındadır ki, bu da at ilxılarının saxlanması üçün geniş düzənin olması zərurətinə uyğundur.