Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə.

Azərbaycanda

1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 109.

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasına gətirib çıxardır. Həsən bəy Zərdabi hökumətə müraciət edərək qəzet nəşri üçün İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatın əsası qoyuldu.

XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə qardaşlarının (Səid, Cəlal, Kamal) böyük rolu olmuşdur. Səid Ünsizadə 1879-cu ildə Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başlamışdır . Sonralar mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı dini kitabların çapı ilə də məşǧul olmuşdur.

Çap edilən ilk Azərbaycan kitabı görkəmli alim Nəsrəddin Tusinin 1594-cü ildə Italiyanın Roma şəhərində, "Mediçi" mətbəəsində ərəb dilində çap olunan "Təhriri-Oqlidis" əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə tərcümə edilərək Londonda da nəşr edilmişdirQədim kitablarımızın çoxu xarici kitabxanalardadır .

İstinadlar

Kateqoriya:Nəşriyyat işi Kateqoriya:İxtiralar Kateqoriya:Sənədlər