Əbdüssəməd mirzə Məhəmməd şah oğlu Salur () — Qacar şahzadəsi, əyalət valisi.
Həyatı Məhəmməd şahın onbirinci oğlu Əbdüssəməd mirzə 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Anası Oğulbikə xanımdır. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Əzddövlə ləqəbi daşıyırdı.
Əbdüssəməd mirzə 1874-cü ildən 1876-cı ilə qədər Həmədanın valisi olmuşdu. Dəfələrlə İranın ədliyyə və ticarət vəziri vəzifəsini həyata keçirmişdi. 1881-ci ildə Rusiyanın çarı III Aleksandrın tacgüzarlığında iştirak etmək üçün gedən heyətə başçılıq etmişdi. 1901-ci ildə Zəncan əyalətinin valisi olmuşdu.
Əbdüsəməd mirzə 1929-cu ildə vəfat edib.
Ailəsi Əbdüssəməd mirzənin törəmələri Salur soyadını daşıyırdılar. Əbdüssəməd mirzə Əliqulu mirzə Etizadəssəltənənin qızı Tacmah xanımla ailə qurmuşdu. Hüseynqulu mirzə, Qəhrəman mirzə, Firudin mirzə adlı oğulları vardı.
Mənbə
Xarici keçidlər Genealogy of Saloor family Maryam Saloor, Iranian Potter, Ceramist and Sculptor, descendant of Ezz ed-Dowleh Nader Ardalan, Iranian architect, descendant of Ezz ed-Dowleh
Həmçinin bax Səbuk Təkin Salur Qacarlar
İstinadlar
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Türkmanlar Kateqoriya:Salurlar Kateqoriya:Zəncan hakimləri Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər