Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri () — XIX əsr Azərbaycan şairi.

Həyatı Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə оxumuşdu. Şuşa şəhər məscidlərində axund olmuşdu.

Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə "nərmünazik" şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir. M. Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir.

Molla Zeynalabdinin Həmid, Əli adlı oğulları vardı.Ənvər Çingizoğlu, Axundovlar:Mirzə Məhəmməd Qarabağinin törəmələri, "Soy" dərgisi, Bakı, 2010.

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Dini təhsil müəssisələrinin məzunları Kateqoriya:Azərbaycan dilində yazan şairlər