İzotop — kimyəvi elementin bir-birindən kütlə ədədi ilə fərqlənən atomları. Kimyəvi xassələri təqribən eynidir. Mendeleyev kimyəvi elementlərin dövri cədvəlində eyni yerdə olduğuna görə belə adlanırlar. Bəzi izotoplar öz məxsusi adlarına malikdirlər (məsələn, deyteri, aktinon). Xarakteristikası Atomun əsas kütləsi onun nüvəsində cəmləşir. Nüvə öz növbəsində müsbət yüklü protonlardan və neytral neytronlardan ibarətdir. Protonlar eyni sayda mənfi yüklü elektronlarla tarazlaşdırılır. Proton və neytronların kütlələrinin cəmi atom kütləsi adlanır.
Nüvəsində eyni sayda proton lakin müxtəlif sayda neytronlar olan atomlar izotop adlanır. Stabil və radioaktiv izotoplar İzotoplar stabil və radioaktiv ola bilərlər. Hazırda 300-ə qədər stabil və 1200-dən çox radioaktiv izotop aşkar olunmuşdur. Cüt atom nömrəsinə malik izotopların kütləsi daha çoxdur.
Radioaktiv parçalanma nəzərə alınmazsa, təbiətdə izotopların meydana çıxması buxarlanma, diffuziya, distillasiya, kristallizasiya və biokimyəvi proseslərlə əlaqədardır. + Stabil izotoplar cədvəli Enerji səviyyələrinin sayı Protonların sayı Simvolu Element Proton və neytronların sayı Yer üzərində izotop bolluğu, % 1 1 H Hidrogen 12 99,980,02 1 2 He Helium 34 0,0000199,99999 2 3 Li Litium 67 7,992,1 2 4 Be Berillium 9 100 2 5 B Bor 1011 18,881,2 2 6 C Karbon 1213 98,91,1 2 7 N Azot 1415 99,620,38 2 8 O Oksigen 161718 99,760,040,20 2 9 F Ftor 19 100 2 10 Ne Neon 202122 90,480,279,25 3 11 Na Natrium 23 100 3 12 Mg Maqnezium 242526 78,610,111,3 3 13 Al Alüminium 27 100 3 14 Si Silisium 282930 92,234,673,10 3 15 P Fosfor 31 100 3 16 S Kükürd 32333436 95,020,754,210,02 3 17 Cl Xlor 3537 75,7824,22 3 18 Ar Arqon 363840 0,3370,06399,600 4 19 K Kalium 3941 93,2586,730 4 20 Ca Kalsium 4042434446 96,9410,6470,1352,0860,004 4 21 Sc Skandium 45 100 4 22 Ti Titan 4647484950 7,957,7573,455,515,34 4 23 V Vanadium 51 99,750 4 24 Cr Xrom 50525354 4,34583,7899,5012,365 4 25 Mn Manqan 55 100 4 26 Fe Dəmir 54565758 5,84591,7542,1190,282 4 27 Co Kobalt 59 100 4 28 Ni Nikel 5860616264 68,2726,101,133,590,91 4 29 Cu Mis 6365 69,130,9 4 30 Zn Sink 6466676870 49,227,74,018,50,6 4 31 Ga Qallium 6971 60,1139,89 4 32 Ge Germanium 70727374 20,5527,377,6736,74 4 33 As Asetat 75 100 4 34 Se Selen 7476777880 0,879,027,5823,5249,82 4 35 Br Brom 7981 50,5649,44 4 36 Kr Kripton 8082838486 2,2811,5811,4957,0017,30 5 37 Rb Rubidium 85 72,2 5 38 Sr Stronsium 84868788 0,569,867,0082,58 5 39 Y İttirium 89 100 5 40 Zr Sirkonium 90919294 51,4611,2317,1117,4 5 41 Nb Niobium 93 100 5 42 Mo Molibden 929495969798 15,869,1215,7016,509,4523,75 5 44 Ru Rutenium 969899100101102104 5,72,212,812,71331,318,3 5 45 Rh Rodium 103 100 5 46 Pd Palladium 102104105106108110 1,0011,1422,3327,3326,4611,72 5 47 Ag Gümüş 107109 51,83948,161 5 48 Cd Kadmium 106108110111112114 1,250,8912,4712,8024,1128,75 5 49 In İndium 113 4,29 5 50 Sn Sink 112114115116117118119120122124 0,960,660,3514,307,6124,038,5832,854,725,94 5 51 Sb Sürmə 121123 57,3642,64 5 52 Te Tellur 120122123124125126 0,092,550,894,747,0718,84 5 53 I Yod 127 100 5 54 Xe Ksenon 126128129130131132134 0,0891,91026,4014,07121,23226,90910,436 6 55 Cs Sezium 133 100 6 56 Ba Barium 132134135136137138 0,102,426,597,8511,2371,70 6 57 La Lantan 139 99,911 6 58 Ce Serium 136138140142 0,1850,25188,45011,114 6 59 Pr Prazeodim 141 100 6 60 Nd Neodium 142143145146148 27,212,28,317,25,7 6 62 Sm Samarium 144150152154 3,077,3826,7522,75 6 63 Eu Evropium 151153 52,247,8 6 64 Gd Qadolinium 154155156157158160 2,1814,8020,4715,6524,8421,86 6 65 Tb Terbium 159 100 6 66 Dy Disprozium 156158160161162163164 0,0560,0952,32918,88925,47524,89628,260 6 67 Ho Holmium 165 100 6 68 Er Erbium 162164166167168170 0,1391,60133,50322,86926,97814,910 6 69 Tm Tulium 169 100 6 70 Yb İtterbium 168170171172173174176 0,1263,02314,21621,75416,09831,89612,887 6 71 Lu Lutesium 175 97,41 6 72 Hf Hafnium 176177178179180 5,2618,6027,2813,6235,08 6 73 Ta Tantal 181 99,9877 6 74 W Volfram 182184186 26,5030,6428,43 6 75 Re Renium 185 37,07 6 76 Os Osmium 184187188189190192 0,021,9613,2416,1526,2640,78 6 77 Ir İridium 191193 37,362,7 6 78 Pt Platin 192194195196198 0,78232,96733,83225,2427,163 6 79 Au Qızıl 197 100 6 80 Hg Civə 196198199200201202204 0,15510,0416,9423,1413,1729,746,82 6 81 Tl Tallium 203205 29,5270,48 6 82 Pb Qurğuşun 204206207208 1,424,122,152,4 6 83 Bi Bismut 209Практически стабилен, период полураспада 2,01·1019 лет. 100
Tarixi 1911-ci ildə Soddi kimyəvi xassələri eyni olan, lakin başqa xassələrinə, xüsusən özünün radioaktivliyinə görə fərqlənən elementlərin mövcud olması imkanı haqqında fərziyyə söyləmişdi. Bu elementləri dövri sistemdə eyni bir xanaya yerləşdirmək lazımdır. Soddi onları izotoplar - yəni eyni bir xananı tutan adlandırmışdır. Soddinin fərziyyəsi bir ildən sonra C.Tomson tərəfindən neon ionlarının elektrik və maqnit sahəsindəki meylinə görə kütləsi dəqiq ölçüldükdən sonra tam təsdiqini tapdı. Tomson aşkar etdi ki, neon iki növ atomların qarışığından ibarətdir. Onların əksəriyyətinin nisbi atom kütləsi 20-yə, cüzi bir qisminin nisbi atom kütləsi isə 22-yə bərabərdir. Nəticədə qarışığın nisbi atom kütləsi 20,2-yə bərabər olur. Eyni kimyəvi xassələrə malik olan atomlar kütlələrinə görə fərqlənirdi. Eyni bir element atomlarının nüvəsində eyni sayda proton olur, lakin bir-birindən neytronlarının sayı ilə fərqlənir. Nüvəsinin yükü eyni, kütlə ədədləri müxtəlif olan eyni bir kimyəvi element atomlarına izotop deyilir. Hər bir izotop iki kəmiyyətlə - kütlə ədədi və sıra nömrəsi ilə xarakterizə olunur: 8O16, 8O17. Yuxarıdakı ədəd nisbi atom kütləsini, yaxud atomun kütlə ədədini, aşağıdakı ədəd isə sıra nömrəsini yaxud nüvənin yükünü göstərir. İzotoplar davamlı və radioaktiv (davamsız) olur. Radioaktiv izotoplar təbii və süni olur. İzotoplar bioloji və kimyəvi tədqiqatlarda nişanlanmış atomlar kimi, radiasiya terapiyasında və nümunələrin yaşını təyin etmək üçün tətbiq olunur. İzotop effekti İzotop effekti - elementin izotoplarının, yaxud izotop tərkibinə görə bir-birindən fərqlənən birləşmələrin xassələrində atom kütlələrinin müxtəlifliyi nəticəsində aşkar olan fərdi. Elementin atom kütləsi böyük olduqca izotoplarının kütlələri arasındakı fərq də azdır, hidrogen izotoplarında bu fərq protiuma nisbətən deyteriumda 100%, tritiumda 200% olduğundan hidrogen və heliumda izotop efferkti daha böyükdür. İzotop effekti nəticəsində maddənin termodinamik xassələri molekulların kristal qəfəslərində atomların rəqs tezlikləri dəyişir.
İzotop indikatoru İzotop indikatoru - izotop tərkibi təbii birləşmələrindən fərqlənən maddə. İndikator kimi işlədilir. İzotop indikatorunun yüksək həssaslığı və spesifikliyi onu ən mürəkkəb sistemdə maddələrin hərəkəti, paylanması və çevrilməsi zamanı izləməyə imkan verir. İzotop mübadiləsi İzotop mübadiləsi - reaksiyayagirən maddələr arasında elementin izotoplarının yenidən paylanması. Bu zaman maddə molekullarında elementin 1 izotopu molekulun elementar tərkibini dəyişmədən həmin elementin başqa izotopu ilə əvəz olunur.
Mənbə A.Məhərrəmov, M.Allahverdiyev və b., "Kiçik kimya ensiklopediyası", 1997.
Kateqoriya:Nüvə fizikası Kateqoriya:Radiobiologiya Kateqoriya:Geoxronologiya Kateqoriya:İzotoplar