Ralf Fayns (; ) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib.

Həyatı Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar.

Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur.

Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu. Ötən əsrin 60-cı illərində Cimi Hendrikslə yaxın münasibətlərdə olduğu bilinən Françeska Ennis aktyordan düz 17 yaş böyük idi.

Karyerası 1987-ci ildə Birləşmiş Krallıq Milli Teatrının aktyoru olan Ralf, 1988-ci ildə Şekspir Kral Teatrının truppasına daxil olur.

Aktyor əvvəlcə bir neçə televiziya filminə çəkilib və "Təhlükəli adam: Lourens Ərəbistandan sonra" Britaniya telefilmində baş rola çəkilərək geniş publika tərəfindən tanınıb. Sonra isə o, "İldırımlı aşırım", P. Qrinueyin "Makonun uşağı" və S. Spilberqin "Şindlerin siyahısı" filmlərində rol alıb. 1993-cü ildə ekranlara çıxan film ("Şindlerin siyahısı") Ralf Faynsı dünyamiqyaslı ulduza çevirdi. R. Redfordun "Televiktorina" filminin çəkilişlərindən sonra, 1996-cı ildə Oskar mükafatına layiq görülmüş "İngilis pasienti" filminin zəfər qazanması onu daha da populyar etdi.

1997-ci ildə "Empire" jurnalı bu dəfə Ralfı "Bütün dövrlərin 100 kinoulduzu" siyahısına saldı. Puşkinin "Yevgeni Onegin" poeması 1999-cu ildə ekranlaşdırılarkən aktyor baş rolda oynayıb.

Filmoqrafiya İl Ad Rol Qeydlər 1992 Emily Brontë's Wuthering Heights Heathcliff 1993 The Baby of Mâcon The Bishop's Son Şindlerin siyahısı Amon Göth 1994 Quiz Show Charles Van Doren 1995 Strange Days Lenny Nero 1996 İngilis xəstə Count László de Almássy 1997 Oscar and Lucinda Oscar Hopkins 1998 The Avengers John Steed Misir şahzadəsi II Ramzes Səsləndirmə 1999 Sunshine Ignatz Sonnenschein / Adam Sors / Ivan Sors Onegin Evgeny Onegin İcraçı prodüser The End of the Affair Maurice Bendrix 2000 The Miracle Maker İsa Səsləndirmə 2002 Spider Dennis "Spider" Cleg The Good Thief Tony Angel Red Dragon Francis Dolarhyde Maid in Manhattan Christopher Marshall 2005 The Chumscrubber Mayor Michael Ebbs Chromophobia Stephen Tulloch Sadiq bağban Justin Quayle Wallace & Gromit: The Curse of the Were-Rabbit Lord Victor Quartermaine Səsləndirmə The White Countess Todd Jackson Harri Potter və Alov Qədəhi Lord Voldemort 2006 Land of the Blind Joe 2007 Harri Potter və Simurq Ordeni Lord Voldemort 2008 In Bruges| Harry Waters The Duchess William Cavendish, 5th Duke of Devonshire Oxuyucu Older Michael Berg 2009 The Hurt Locker Contractor Team Leader Harri Potter və Yarımqan Prins Lord Voldemort Kameo 2010 Cemetery Junction Mr. Kendrick Clash of the Titans Hades Nanny McPhee and the Big Bang Lord Gray The Wildest Dream George Mallory Harri Potter və Ölüm Hədiyyələri. I hissə Lord Voldemort 2011 Harri Potter və Ölüm Hədiyyələri. II hissə Coriolanus Coriolanus Rejissor və prodüser 2012 Wrath of the Titans Hades Skyfall Gareth Mallory / M Great Expectations Magwitch 2013 The Invisible Woman Çarlz Dikkens Rejissor 2014 "Qrand Budapeşt" oteli Konsyerj Qustav Two Women M.A. Rakitin 2015 A Bigger Splash Harry Hawkes Spektr Gareth Mallory / M 2016 Yaşasın Sezar! Laurence Laurentz Kubo and the Two Strings Moon King / Raiden Səsləndirmə 2017 The Lego Batman Movie Alfred Pennyworth Sea Sorrow Prospero 2018 The White Crow Alexander Pushkin Rejissor və prodüser Holmes & Watson Professor Moriarti / Jacob Musgrave 2019 Official Secrets Ben Emmerson The Lego Movie 2: The Second Part Alfred Pennyworth Səsləndirmə; kameo 2020 Dolittle Barry Səsləndirmə 2021 The Dig Basil Brown No Time to Die Gareth Mallory / M The Forgiven David Henninger The King's Man Orlando, Duke of Oxford İcraçı prodüser 2022 Menyu Chef Julian Slowik 2023 The Wonderful Story of Henry Sugar Roald Dal 2024 The Return Odissey TBA Conclave Cardinal Lomeli

İstinadlar

Kateqoriya:İpsuiçdə doğulanlar Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Britaniya rejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri