Qədir bəy Mehdi bəy oğlu Hacıbəyov (1874-?)—ADR dönəmində Şuşa qəzasının rəisi.
Həyatı Qədir bəy Mehdi bəy oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Uşaqlığı Şuşa qəzasının Əhmədağalı, Zəngəzur qəzasının Diləli-Müsganlı kəndində keçmişdi. Kənddə mollaxanada ibtidai təhsil almışdı. Sonra Şuşa Real məktəbdə oxumuşdu. Şuşa Qəza Polis İdarəsinə II dərəcəli dəftərxana xidmətçisi kimi işə düzəlmişdi. Bir müddət tərcüməçi kimi çalışmışdı. Sonra polis pristavı kimi xidmət etmişdi. Qədir bəy Hacıbəyov ADR dönəmində Şuşa qəza idarəsinin rəisi idi.
Mənbə Ənvər Çingizoğlu, Çar üsul-idarəsində qarabağlı hüquqçular, Bakı, "Şuşa", 2001. səh.165.
İstinadlar
Həmçinin bax Şuşa qəzası
Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Şuşa qəzasının rəisləri