right|300px|thumb|Şlis birləşməli val və oymaq. right|300px|thumb|Şlis birləməli val və oymağın müvafiq kəsiklərə uyğun profilləri. Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.

Növləri Dişlərinin profilinin formasından asılı olaraq şlislər: düzbucaq profilli; evolvent profilli; üçbucaq profilli. olurlar.

Hazırlanması Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.

Mərkəzləşdirilməsi Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: yan səthinə görə; daxili diametrinə görə; xarici diametrinə görə.

Mənbə Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.

Həmçinin bax Maşın hissələri Dişli çarx İşgil birləşməsi

Kateqoriya:Mexanika mühəndisliyi Kateqoriya:Avtomobil hissələri