Aşağı Xuc — Azərbaycan Respublikasının Quba rayonunun Xucbala kənd inzibati ərazi dairəsində kənd. Digah-Xucbala bələdiyyəsinin tərkibindədir.

Toponimikası Aşağı Xuc oyk, mür. Yaşayış məntəqəsi XIX əsrdə Orta Xuc kəndinə məxsus qışlaq yerində bina edilmişdir. Toponimi, əsasən mənşəcə qıpçaqlardan olan kuç tayfasının adı ilə əlaqələndirirlər. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər iki kənddən fərqləndirmyə xidmət edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 563 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri