İsnov — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası İsnov oyk., sadə. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Bu ərazidə bir neçə kəndin adı su novları ilə bağlıdır. Belə ki bu sözün kökündəki "İs" birləşməsi tat dilində "əs" sözündəndir, yəni "at"ların su içdiyi nov deməkdir. Kəndin adının tərcüməsi "at üçün su novu" kimi tərçümə edilə bilər. Qədim zamanlarda bu kənddə at təsərrüfatının olması ehtimal edilir. Qonşu kənd olan Kələnov kəndinin də adında Kələ və nov sözləri də tat dilindən Kəl(camışın erkəyi) üçün su novu kimi tərcümə edilə bilər. Kələnov kəndində qədim zamanlarda camış təsərrüfatının olması ehtimal edilir. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü. Yel xəstəliyi olan adamlar həmin novlarda uzanırdılar. Tatlar belə novları vərov, adlandırırdılar.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 399 nəfər əhali yaşayır. Əhalisi tamamilə tatlardır. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri