Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi.“Güllələnmə təxirə salınır”: On ilə çəkilən film: [Ələkbər Muradovun quruluş verdiyi eyniadlı filmin çəkilişləri haqqında operator Rafiq Əliyevin fikirləri] //Azadlıq. — 2014. — 21 iyul.- S.14.

Məzmun Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər...

1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar...

Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır.

Film haqqında Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir. Filmdəki hadisələr real faktlara əsaslanır. Film rejissor Ələkbər Muradovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Filmin titrləri: "Həyat onları özgə cür yaşamağa və inanmağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər."

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: İsi Məlikzadə, Ələkbər Muradov Quruluşçu rejissor: Ələkbər Muradov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Xəyyam Mirzəzadə Prodüser: Rəfael Ulusoy, Zahidə İsmayılzadə, Ələkbər Muradov Səs operatoru: Əsəd Əsədov Musiqi redaktoru: Rauf Əliyev (Rafiq Əliyev kimi) Montaj edən : Xuraman Pişiyari, Gülarə İsmayılova Qrim rəssamı: Telman Yunusov, Firuzə İsmayılova (Firuzə Vahidova kimi) Rejissor qrupu: Adil İsmayılov, Murad Muradov, Xuraman Abbasova, Akif Rüstəmov, Süleyman Əhmədov, Rafiq Orucov Operator: Sərvər Rəşidoğlu Operator qrupu: Y. Quliyev, S. Kərimov, Z. Niftullayev Dekor rəssamı: Əziz Məmmədov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbaraşenko Rəng ustası: Nataliya Çudnovets, Lyudmila Zus İşıq ustası: Rüstəm Rüstəmov, Əbdülnəsir Kutiyev Xüsusi səs effektləri: Zilli Namazov, Əliqulu Səmədov, Həmid Rəsulov Pirotexnik: Əlibala Məmmədov (Ələkbər Məmmədov kimi) İnzibatçı: Faiq Qasımov, Fərhad Muradov İcraçı prodüser: Ağabala Əliyev, Ədalət Yunusov, Azər Quliyev Redaktor: Vaqif Əlixanlı Bədii rəhbər: Eldar Quliyev

Rollarda Fuad Poladov — Xan Nəsibə Zeynalova — Xanbacı Məlik Dadaşov — müstəntiq Suğra Bağırzadə — Nərgiz Zilli Namazov — "Balaban" Həsən Ayşad Məmmədov — "Yetim" Paşa Qurban İsmayılov — Kamil İbrahim Əliyev — "Eynəkli" Cahangir Novruzov — "Gəncəli Adış" Eldar Bağırbəyov — "Krasavçik" Murad Muradov — Xanın uşaqlığı Mirvari Novruzova — Xanın anası Kübra Əliyeva — Sonya Məmmədkamal Kazımov — Fiş Laləzar Mustafayeva — Laləzar Rahib Əliyev — Dəmir Vüqar Quliyev — cavan oğlan Kahin Bünyadov — un zavodunun direktoru Tələt Rəhmanov — Doktor Ağakərim Muxtar Avşarov — sahə müvəkkili Ömür Nağıyev — kisəçi Süleyman Əhmədov — toyuqsatan Marina Litvinenko — katibə Hacımurad Yegizarov — Xilə sakini F. Feyzullayev Zemfira Əliyeva — Kamilin anası F. Qasımov Səhiyəddin Həsənov (S.Həsənov kimi) A. Əliyev H. Əliyev Ə. Əliyev Tərlan Babayev (T.Babayev kimi) S. Əliyeva N. Əliyeva A. Abbasov A. Əsgərov Yaşar Quliyev — müstəntiqin uşaqlığı L. Quseva T. Əliyev

Filmi səsləndirənlər Ağaxan Salmanov — "Yetim Paşa" (Ayşad Məmmədov) (titrlərdə yoxdur) Ramiz Məmmədov — toyuqsatan (Süleyman Əhmədov) (titrlərdə yoxdur) Qorxmaz Əlilicanzadə — Xanbacı (Nəsibə Zeynalova) (titrlərdə yoxdur) Məbud Məhərrəmov — Fiş (Məmmədkamal Kazımov) (titrlərdə yoxdur) İlham Namiq Kamal — "Krasavçik" (Eldar Bağırbəyov) və Sahə müvəkkili (Muxtar Avşarov) (titrlərdə yoxdur) Hacı İsmayılov — un zavodunun direktoru (Kahin Bünyadov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — "Eynəkli" (İbrahim Əliyev) (titrlərdə yoxdur) Sabir Məmmədov — "Gəncəli Adış" (Cahangir Novruzov) (titrlərdə yoxdur) Rafiq Əliyev — müstəntiq (Məlik Dadaşov) (titrlərdə yoxdur) Bəxtiyar Şərifzadə — radiodakı diktorun səsi (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Xanın anası (Mirvari Novruzova) (titrlərdə yoxdur) Yaşar Nuri — Doktor Ağakərim (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Ələsgər Məmmədoğlu — kisəçi (Ömür Nağıyev) (titrlərdə yoxdur)

Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 378.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2002-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Ələkbər Muradovun filmləri