Analar və laylalar qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.

Məzmun Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 212

Cizgi filmi bəşəriyyətin yaranışından üzü bəri dünyada var olan, əbədi yaşayan ana məhəbbətinə, övlada olan sevgiyə ucaldılmış abidədir. Turac, qurbağa, delfin, kirpi, canavar və ən nəhayət, insan hərəsi öz dilində balasının şirin yuxuya getməsi üçün laylasını deyir. Bu laylaların hər birində övlada, balaya ananın əbədi məhəbbəti bulaq kimi çağlayır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Teymur Elçin Rejissor: Vaqif Behbudov Operator: Vaqif Behbudov Rəssam: Vaqif Məmmədov Bəstəkar: Ramiz Mirişli

Mahnıları ifa edir: Flora Kərimova

Rollarda Nərgiz Cəlilova — ana Fikrət Hüseynov — Aydın

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1991-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1991-ci ilin filmləri Kateqoriya:1991-ci ilin Azərbaycan filmləri