right|thumb|Axırıncı hava maqı filmində Nikola Peltz Katara rolunda
Katara () — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi.
Yaradılması və konsepsiyası
Yayılmamış pilot seriyasında Kataranın adı Kaya () idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi. Beləliklə, Aanqın yaşı 10-dan 12-yə, Kataranın yaşı 12-dən 14-də, Sokkanın yaşı isə 13-dən 15-ə dəyişdirilmişdi.
The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.Written and Directed by: Michael Dante DiMartino, Bryan Konietzko. "The Women of Avatar: The Last Airbender". Avatar: The Last Airbender — The Complete Book Three Box Set (DVD). Nickelodeon. Əlavə məlumatı verən Avatar Extras serialında deyilib ki, əvvəl Kataranın personajı Zukonu sevməli idi."The Cave of Two Lovers". Avatar: The Last Airbender, Extras. Season 2. Episode 22. Nickelodeon. Lakin, DiMartino və Konietzko bunu inkar ediblər.
Su magiyası
100 illik müharibədən sonra, Katara su magiyasının cənubi üslubunun sağ qalmış yeganə ustasıdır.The Lost Scrolls: Water, page 31 of The Lost Scrolls Collection. Onun su maqları arasında nadir olan sağaldıcı bacarığı var. Bu bacarığı vasitəsi ilə o, xəsarətləri və yaraları sağalda bilər. Aanq Katarnın əllərini ilk dəfə od magiyasını dənəyərkən təsadüfən yandırandan sonra, Katara özünü sağaldaraq bu bacarığını aşkar etmişdi.
Xarici keçidlər
Avatar Vikiyada
İstinadlar
Kateqoriya:Avatar: Aanq haqqında əfsanə cizgi serialın personajları Kateqoriya:Zehin və ya bədən kontrolu gücünə malik personajlar Kateqoriya:2005-ci ildə tanıdılan personajlar Kateqoriya:Seriyalarına görə teleserial personajları Kateqoriya:Superqəhrəman televiziya personajları Kateqoriya:Suyu idarə etmək gücünə malik personajlar Kateqoriya:Tez sağala bilən personajlar Kateqoriya:Uşaq superqəhrəmanlar Kateqoriya:Uydurma döyüş sənəti ustaları Kateqoriya:Uydurma qadın döyüşçülər Kateqoriya:Uydurma qadın hərbi qulluqçular Kateqoriya:Uydurma yetimlər Kateqoriya:Uydurma müharibə veteranları