Dərnəgül metrostansiyası — Stansiya 7–8-ci mikrorayonların ərazisində yerləşir. Süleyman Sani Axundov küçəsinə çıxışı var. Stansiya sütunsuzdur. Bakı metrosunun sayca iyirmi üçüncü stansiyasıdır.http://mediaforum.az/files/2011/06/29/054034393_1.PDF

Tarixi Stansiyanın qazıntısına SSRİ dönəmində başlanılıb.

Tikintisinə 2009-cu ildə başlanılıb. 2011-ci il 29 iyun tarixində istifadəyə verilmişdir. Açılışında prezident İlham Əliyev iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər

Bakı Metropoliteninin rəsmi saytı

Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:2011-ci ildə yarananlar