"Əsgər atası" () — rejissor Rezo Çxeidzenin filmi.
Məzmun 1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur.
Film haqqında Filmin rənglənmiş versiyasının ilk nümayişi Moskvada, ikinci nümayişi isə 2013-cü ildə Bakıda olmuşdu.İxtiyarqızı, N. “Əsgər atası” 48 il sonra yenidən Bakıda: Gürcü rejissorun məşhur filmi rəngli versiyada nümayiş olundu: [Nizami Kino Mərkəzində tanınmış gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin] //Mədəniyyət.- 2013.- 22 may.- səh. 4.
Mükafatlar 1965-ci ildə Ən yaxşı kişi roluna görə Moskvada Serqo Zakariadzeyə mükafat 1965-ci ildə aktyor Serqo Zakariadzeyə Lenin Komsomolu mükafatı 1966-cı ildə Serqo Zakariadzeyə Lenin mükafatı 1966-cı ildə rejissor Rezo Çxeidzeyə "Kapitol Yupiteri" mükafatı 1970-ci ildə rejissor Rezo Çxeidzeyə Gürcüstan SSR-in Lenin Komsomolu mükafatı
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Suliko Jqenti Quruluşçu rejissor: Rezo Çxeidze Operatorlar: Lev Suxov, Arçil Filipaşvili Rəssamlar: Zurab Medzmariaşvili, Nika Kazbegi Bəstəkar: Sulxan Sinsadze Səs operatoru: D.Lomidze İkinci rejissor: Temo Mikadze Montaj rejissoru: V.Dolenko Qrim rəssamı: T.İvaşşenko Geyim üzrə rəssam: N.Mancqaladze İkinci operator: L.Namqalaşvili Rejissor assistentləri: E.Jqenti, K.Areşidze, M.Magiriya Montaj üzrə assistent: N.Şoşitayşvili Operator assistentləri: Q.Caparidze, K.Qvasaliya, M.Avaliani Baş hərbi məsləhətçi: İ.Vladimirov (general-leytenant) Çalır: Gürcüstan radio və televiziyasının simfonik orkestri Dirijor: L.Kiladze Redaktorlar: A.Maxaradze, M.Saralidze Filmin direktoru: Şota Laperadze
Rollarda Serqo Zakariadze — Georgi Maxaraşvili Vladimir Privalsev — Nikiforov Aleksey Nazarov — Arkadi Yerşov Aleksandr Lebedev — Nikolay Nazarov Vladimir Kolokolsev — Qrişa Yura Drozdov — Borya İvan Kosıx — bayançalan Vitya Kosıx — Vasya Viktor Uralski — əlil matros Ketevan Boçorişvili — Mariya Vladimir Pisek — hospitalın qeydiyyatçısı Pyotr Lyubeşkin — general T.Sapojnikova — döyüşçü qız Nikolay Barmin — polkovnik İnna Vıxodseva — Vasyanın anası Romuald Vildan — cərrah B.Qoginava V.Jarikov V.Kulik Giya Kobaxidze — Qoderdzi Maxaraşvili İ.Kokraşvili Yelena Maksimova — ev sahibəsi Radner Muratov — leytenant V.Mizin İ.Nijaradze L.Zqvauri A.Starsev F.Stepun J.Kvitayşvili Aleksandra Denisova — müəllimə
İstinadlar
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 491.
Xarici keçidlər Əsgər atası filmi — 10 ən yaxşı sovet filmindən biri
Kateqoriya:Gürcüstan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Müharibə filmləri Kateqoriya:Rezo Çxeidzenin filmləri Kateqoriya:1964-cü ilin SSRİ filmləri Kateqoriya:Gürcücə filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Gürcüstan-film istehsalı filmlər