Tahir Namiq oğlu Məmmədov ( ) — Azərbaycan əsilli şoumen, aparıcı və aktyor.
Həyatı
Tahir Məmmədov 2 oktyabr 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Atası Namiq Məmmədov azərbaycanlı, anası Nina Mixaylovna isə erməni milliyətlidir. 1998-ci ildə Tahir Məmmədov Səbail rayonu 6 saylı orta məktəbi bitirib. Daha sonradan tibbi texnikuma daxil olub. Bundan sonra ailəsi ilə birlikdə Moskva şəhərinə köçür və ROSNOU-da "Psixoloqiya" fakültəsində təhsil alır. Universitetdə oxuduğu zamanda Tahir Məmmədov KVN oyunlarəna qoşulur və "RosNou" komandasının heyətində çıxış edir. Daha sonradan Tahirin valideynləri boşanır, Tahir isə Rusiya vətəndaşlığı qazanır və Moskvada qalır. 2011—2012-ci illərdə Moskvada etiraz hərakatında fəal iştirak edirdi. 2013-cü ildə Moskvanın merinin seçkilərində müşahidəçi idi, sonra həminki ilin sonunda ABŞ-də mühacirət etdi, Los-Ancelesdə yaşayır.
Comedy Club və karyerası
2005-ci ildə Tahir Məmmədov rus pasportunda adını "Tair Mamedov" ilə əvəz edir. Bundan sonra Tair adı ilə "Comedy Club" proyektində çıxış etməyə başlayır. Tanınmağa başlayan bu zaman ərzində populyarlaşır, bir neçə realiti-şouda iştirak edir, paralel olaraq digər verilişlərdə aparacılıq edir. 2008-ci ildə Tair "Comedy CLub"-ı tərk edir və Rusiyada "Çox rus detektivi" filmində çəkilir. Bu filmdə Tahir həm aktyor, həm prodüser, həm də ideya müəllifi kimi çalışır. Bundan sonra o Rusiyanın birinci kanalında (ORT) bir neçə verlişin aparıcısı rolunda çıxış edir. Bundan sonra bir müddət Tahir televiziya verilişlərindən ayrılır və şoumen kimi çalışmağa başlayır.
2011-ci ildən Rusiyada MTV telekanalında vj kimi çalışır və müxtəlif verilişlərin aparıcısı olur.
Lahiyələri Layihənin adı Birgə aparıcı Telekanal İlKVN- Birinci Kanal2005Comedy Club Taş Sarkisyan, Qarik Martirosyan TNT2005 — 2007Rinqin kralı Anna Sedokova Birinci Kanal2008İki ulduz Yuliya KovalçukSonuncu qəhrəman -12 qəzəbli tamaşaçı - MTV RusiyaHəqiqət detektoru Nikita Dübanov2009Rahat axşam - TNT2009 — 2010Poker Ulduzu - REN TV2009Poker-Duel -2010 Love Maşın Viktoriya Bonya MTV Rusiya2011İlk baxışdan məhəbbət Evelina Bledans Meksikada tətillər Janna Friske Meksikada tətillər. Tok-şou - Meksikada tətillər. Superoyun Pyatnica!2013
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar Kateqoriya:Rusiya prodüserləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları