Morqan Friman () — ABŞ aktyoru. Friman 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazandı. "Xanım Daisy'nin sürücüsü", "Şouşenkdən qaçış", "Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd oldu. O həm də Qızıl qlobus və Ekran Aktyorları Dərnəyi mükafatının sahibi oldu.

Həyatı Özündən böyük üç bacı-qardaşı var. Uşaq ikən nənəsinin yanına, Carleston, Missisipiyə göndərildi. Friman ilk səhnəyə çıxışını 9 yaşında, bir məktəb tədbirində gerçəkləşdirdi.

Filmləri Məşhur kinoaktyor Morqan Friman The Human Factor adlı yeni filmdə, Cənubi Afrika Respublikasının keçmiş dövlət başçısı Nelson Mandelanın rolunu oynayır. Frimanın şirkəti "Revelations Entertainment" tərəfindən çəkiləcək filmin senarisini Cənubi Afrikalı yazıçı Antoni Pekham yazmışdır.

Oskar mükafatçısı olan aktyor Morqan Friman, keçən il Cənubi Afrika Respublikasına gedərək proekti Mandela ilə məsləhətləşdiyini deyərək, bu gün 88 yaşında olan Mandelanı canlandırmaq onun üçün çox fəxr olduğunu bildirmişdir.

Filmdə Mandelanın 1995-ci ildə ölkəsinin ev sahibliyi etdiyi "Reqbi" dünya çempionatı ərəfəsində qara dərililər və ağ dərililər arasında sülh olması cağrışı etməsi haqda olacaq. Qara dərililərin haqları üçün mücadilə edən və həyatının böyük hissəsini həpsxanalarda keçirən Nelson Mandela, Cənubi Afrika Respublikasında seçki yolu ilə ilk dəfə olaraq hakimiyyətə gələn qara dərili prezidenti idi.

Filmoqrafiya Xanım Deyzinin sürücüsü (1989) Bağışlanılmayan (1992) Şouşenkdən qaçış (1994) Yeddi (1995) Qızları öp (1997) Hörümçək gəldi (2001) Qüdrətli Brüs (2003) Milyon dollarlıq gözəlçə (2004) Betmen başlayır (2005) Qüdrətli Evan (2007) Qara cəngavər (2008) Oblivion (2013) Yalan illuziyası (2013) Sonuncu Veqas (2013) Lüsi (2014) Sürətlənmə (2015) Yalan illüziyası 2 (2016) Alfa (2018) Şelkunçik və dörd krallıq (2018)

Aldığı mükafatlar 1987-ci il — "Oskar" mükafatına namizəd — "Street Smart" filmi, 1989-cu il — "Oskar" mükafatına namizəd — "Driving Miss Daisy" filmi, 1994-cü il — "Oskar" mükafatına namizəd — "Şousenkdən qaçış" filmi, 2003-cü il — Karlovi-vari Beynəlxalq Kino Festivalı — "Crystal Globe" mükafatı, 2005-ci il — "Oskar" mükafatı — "Million Dollar Baby" filmi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Sesil B. De Mill mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları