Böyük sərkərdə qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir.

Məzmun Film Stalinin anadan olmasının 70 illik bayramına həsr edilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 55

Kinooçerkdə pambıq ustası Qüdrət Səmədovun və dəmiryolçu Firudin Ağayevin Stalinə teleqram vurmaları, Ağdam rayonunda yeni məktəb binasının açılması, Ağdaş rayonundakı Oktyabrın 30 illiyi adına kolxozda yeni mədəniyyət klubunun istifadəyə verilməsi, Bakıdakı Nizami meydanında artistlərin çıxışları, opera və balet teatrında keçirilmiş təntənəli yığıncaq və s. öz əksini tapmışdır.

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1949-cu ilin Azərbaycan filmləri 1940-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1949-cu ilin filmləri Kateqoriya:1949-cu ilin Azərbaycan filmləri Kateqoriya:İosif Stalin haqqında filmlər