Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 120 Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 121
Tarixi Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.
Bədii analiz Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir. Göllər arasındakı boş sahələr isə rom şəkilli kətabələrlə bəzədilmişdir.
Texniki xüsusiyyətlər Çıraqlı"xalçaları daha çox uzunsov ölçülərdə toxunur. Ölçüsü kiçik olan xalçalara da rast gəlmək olur. Xovun hündürlüyü 6–8 mm-dir.
İstinadlar
Kateqoriya:Gəncə xalçaçılıq məktəbi