thumb|right|1637-ci ildən bir kataloqda görülən və "Viceroy" olaraq da bilinən dağlaləsi. Ölçüləri müxtəlif olduğu üçün "Viceroy"un soğanlarının sayı da müxtəlif olurdu. Qiyməti 3000–4200 Hollandiya quldeninə qədər yüksəlirdi.Nusteling, H. (1985) Welvaart en Werkgelegenheid in Amsterdam 1540–1860, p. 114, 252, 254, 258. Dağlaləsi həyəcanı () — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir."Tulipomania: The Story of the World's Most Coveted Flower & the Extraordinary Passions It Aroused." Mike Dash (2001). 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir.
Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" () adlı əsərin böyük rolu olmuşdur. Makkeyə görə bir nöqtədə tək bir Semper "Augustus" soğanı üçün 12 akr (5 hektar) ərazi təklif edilmişdir."The Tulipomania", Chapter 3, in . Makkeyn, qiymətlərin ani formada dəyişməsi nəticəsində investorların iflas etməsini və Hollandiya bazarlarında ciddi böhran keçirdiyni iddia edirdi. Bütün bu fikirlər tarix boyu bir çox şəxslər tərəfindən ciddi qəbul edilməmişdir. Ancaq buna baxmayaraq müəllifin əsəri dəfələrlə çap edilmişdir. Bir çox iqtisadiyyatçılar dağlaləsi həyəcanının adi böhran olduğunu qeyd edirlər. Bəziləri həyəcanın qiymət dəyişikliyi səbəbiylə reallaşa bilməyəcəyini iddia edir.
Dağlaləsi həyəcanı haqqında 1630-cu ilə qədər məlumatlara tarixi mənbələrdə rast gəlinmir. Bu ildən sonra da əldə edilən məlumatlar, ətraflı və ya etibarlı deyildir. Yalnız XIX əsrdən etibarən əldə edilən məlumatlar dağlaləsi həyəcanının tarixi haqqında məlumat verməyə imkan verir. İqtisadiyyatçılar öz araşdırmalarında qeyd etmişlər ki, XV əsrdə bir çox məhsulların qiyməti sürətlə artmış və ya azalmışdır. Məsələn, bəzi çiçək növləri də dağlaləsi kimi ilk dəfə gətirildiyində yüksək qiymətə satılırdı. Qiymətlərin yüksək olmasının səbəblərindən biridə dövrün parlamenti tərəfindən müqavilələrin aşağı bir əvəz qarşılığında ləğv edilməsinə imkan verən və müqaviləni qəbul edən şəxsin risklərini azaldan bir qanun çıxaracaq olması istiqamətindəki gözləntiləri ola bilər.
Tarixi thumb|300px|right|Hendrik Qerits Pot () tərəfindən 1640-cı ildə çəkilən dağlaləsi həyəcanı bənzətməsi. Çiçək ilahəsi Flora axşamçı, sərraflar və iki sifətli bir qadınla küləyi arxasına alıb gedərkən Harlem toxucuları dənizdəki yox oluşlarına qədər onlara yoldaşlıq edir. dağlaləsi, Avropaya XVI əsrin ortalarında Osmanlı İmperiyasından gətirilmişdir. Bir neçə ildən sonra Hollandiyada ən çox satılan bitkilərdən olmuşdur. Birləşmiş vilayətlərdə dağlaləsi istehsalının Flaman Botanist Charles de l'Écluse 1593-cü ildə Leiden Universitetində vəzifəsinə başlayıb "hortus academicus" adında botanika bağçasını qurduğundan sonra başladığı düşünülməkdədir. O, İmperatorun (I Ferdinand) elçisi Ogier də Busbecq tərəfindən Sultana göndərilən və sərt iqlim şəraitinə dözə bilən dağlaləsi soğanlarının yetişdirilməsinə başlamış və həmin dağlaləsi az müddət ərzində məşhurlaşmışlar.
dağlaləsi sürətlə arzuolunan lüks bir əşya və status göstəricisi halına gəldi və çox dəyişik rəng və çeşiddə özünü göstərdi. Qırmızı, sarı və ağ kimi təkrəngli olanlara Couleren, ağ zəmində çəhrayı və ya qırmızı kimi çox rəngli olanlara "Rosen", ağ üzərində bənövşəyi və ya mavi rənginə sahib olanlara Violetten, sarı üzərində qırmızı, qəhvəyi, bənövşəyi rəngli olanlara isə "Bizarden" kimi adlar verilib. Bu göz oxşayan və çox axtarılan dağlaləsi soğanları, mozaika virusunun bir növü olan dağlaləsiqıran virusla yoluxmuş olmaları nəticəsində parlaq rənglər və xətlərlə birlikdə naxışlı bir görünüşlə yetişdirilməkdəydi. left|thumb|200px|"Çiçəklərin səssiz həyatı" – Ambrossi Boşart () tərəfindən 1573–1621-ci illərdə Hollandiya Qızıl Dövrü olaraq bilinən dövrdən bir şəkil
dağlaləsi yetişdirənlər yeni dağlaləsi növlərinə mübaliğəli adlar vermişdir. İlk formaların çoxu Admirael (Admiral) ön adıyla və bağbanın adıyla birləşmiş olaraq xatırlanmışdır. Admirael van der Eijck bu şəkildə adlandırılan ehtimalla əllidən çox çeşiddən ən bilinənidir. "Generael" ("general") dağlaləsi, digər otuz növ dağlaləsi da tapılan başqa bir ön addır. Sonradan yetişdirilən çeşidlərə isə "Böyük İskəndər" və ya Scipio hətta "Admirallar Admiralı" kimi daha da mükəmməlçi adlar layiq görülmüşdür. Belə ki, adlandırmada sərbəstlik dağlaləsi növlərinin keyfiyyətlərində böyük fərqliliklərə səbəb olmuşdur. Bu növlərin çoxunun indiki vaxtda yox olmasına baxmayaraq, bəzi "xətalı" dağlaləsilər hələ ticarətdə mövcuddur.
Yetişdirilməsi dağlaləsilər soğanlarından yetişir və həm toxumlarından həm də tumurcuqlarından inkişaf edə bilirlər. Soğandan əldə edilən toxumların çiçək verən bir soğana çevrilməsi 7–12 il ərzində meydana gəlir. Soğanlar çiçəyə çevrildiyində soğanın əsli itir lakin onun yerində bir neçə tumurcuqla birlikdə soğanın başqa bir surəti meydana gəlir. Düzgün şəkildə qulluq edildikdə bu tumurcuqlar öz soğanlarını yaradır. Mozaika virusu toxumlarla deyil, yalnız tumurcuqlar vasitəsilə yayılır; buna görə göz oxşayan növləri yetişdirmək uzun illər alır. Artma sürəti çox vaxt viruslar tərəfindən zəiflədilir. dağlaləsi aprel və mayda, yalnız bir həftəliyinə çiçək verir ikinci tumurcuqlar bundan çox qısa bir müddət sonra ortaya çıxar. Soğanlar iyundan sentyabra qədər sökülüb satıla bilər. Odur ki, dağlaləsi bazarında qiymətlərin formalaşması bu dövrlərə təsadüf edir.
İlin qalan aylarında tacirlər notariusda mövsüm sonunda dağlaləsi satın alacaqlarını nəzərdə tutan müqavilələr imzalayırdılar. Dolayısıyla müxtəlif "Müasir Maliyyə" metodlarla gülçülüyü inkişaf elətdirən hollandlar dözümlü bir mal olan dağlaləsi soğanları üçün bir maliyyə bazarı meydana gətirdilər. Başqa sözlə Müasir Maliyyə üsullarının çoxunu inkişaf etdirən hollandlar dözümlü bir mal olan dağlaləsi soğanları üçün bir bazar yaratmışlar. Bu bazarlarda ortaya satış 1610-cu ildə qüvvəyə girən daha sonra 1621, 1631 və 1636-cı illərdə təkrarlanan və ağırlaşdırılan sərəncamlar yolu ilə qadağan edilmişdir. Ortaya satış edənlər bu sərəncamlar əsasında məhkum edilməmiş lakin etdikləri müqavilələrin məcburi qüvvəsi azaldılmışdır. right|thumb|280px|dağlaləsi soğanı müqavilələri üçün standartlaştırılmış qiymət indeksi Örl Zompson tərəfindən yaradılmışdır. Zompsonun əlində 9 fevral ilə 1 may tarixləri arasındakı qiymət məlumatı yox idi, bu səbəbdən enişin şəkli bilinmirdi. Qiymətlər bilinməsə də dağlaləsi bazarının Fevral ayında birdən-birə çökdüyü aydındır. Çiçəklərə olan rəğbət artdıqca peşəkar gülçülər viruslu soğanlara meyil göstərərək daha çox qiymət ödəmişlər. 1634-cü ildə fransızlardan gələn tələbin də təsiriylə bazara alverçi girməyə başlamışdır. 1636-cı ildə hollandlar mövsüm sonunda dağlaləsi alışını nəzərdə tutan müqavilələrin alınıb-satıldığı formal bir bazar meydana gətirmişdir. Tacirlər bir yerə gəlir və alıcılar əməliyyat başına 2,5% nisbətində 3 florine keçməmək şərtiylə "şərab pulu" adı altında bir ödəniş ödəyərdi. İlkin ödəniş ödənməzdi və tərəflər üçüncü tərəfin köməyi ilə deyil birbaşa bir-birləriylə müqavilə bağlayardılar. Konvensiya şərtlərinin tələb etdiyi müqavilələr bazarın 1637-ci ilin fevralında çökməsi səbəbiylə heç bir zaman gerçəkləşmədi. Bu ticarət Haarlemdə vəba epidemiyasının yüksəlişə keçdiyi zamanında reallaşdığında ölümcül risk alma şəklində bir davranış formasının inkişafını təmin etmiş ola bilər.
Nadir dağlaləsi müqavilə qiymətləri 1636-cı il boyunca artmağa davam etdi. Noyabr ayında "mozaika virusu" ehtiva etməyən adi dağlalələrinin də qiyməti artmağa başladı. dağlaləsi müqavilələrinə əsaslanan ticarətdə gerçək dağlaləsi soğanlarının əllə dəyişdirməsi söhbət mövzusu olmadığından, Hollandiya xalqı bu ticarətin ləyaqətini alçaldan şəkildə "windhandel" () olaraq adlandırmışlar. Lakin 1637-ci ilin fevral ayında dağlaləsi soğanı müqavilələrinin qiymətləri birdən düşdü və dağlaləsi ticarəti dayanma nöqtəsinə gəldi.
Mövcud qiymət məlumatları 1630-cu illərdə müvafiq olaraq qeyd edilən qiymət məlumatlarının yoxluğu dağlaləsi həyəcanının güclənməsinə səbəb oldu. İqtisadçı Peter Garber 1633 və 1637-ci illər arasında satışda olan 39 növdə 161 soğandan məlumat toplamışdır, onlardan 53-ünün "Gaergoedt and Warmondt" (GW) tərəfindən qeydi aparılmşdır. Partlayışın son günü – 5 fevral 1637-ci ildə son dərəcə dəyişən doxsan səkkiz qiymət məlumatı qeyd edilmişdir. Satışlar birdən-birə bazar meöanizmi ilə reallaşdırılmışdır, kommersiya müqavilələri satılır, əkinçilər öz spot satışlarını edir, eyni zamanda notarius tərəfindən təsdiq edilmiş kommersiya müqavilələrilə məşğul olurdular. Mülk satışları da olurdu. Garbera görə "Mövcud qiymət məlumatları almalarla armudların qarışdırılmasından ibarətdir".
Makkeyin Sıxlıqların Həyəcanı Tək bir Viceroy soğanı üçün mübadilə edildiyi iddia edilən mal səbətiİki çuval buğda448ƒDörd çovdar yükü558ƒDörd kök öküz480ƒSəkkiz kök donuz 240ƒOn iki kök qoyun120ƒ480 Litr Şərab70ƒ5250 litr pivə32ƒİki ton kərə yağı192ƒ1,000 funt pendir120ƒBir çarpayı100ƒBir dəst paltar80ƒGümüş kubok60ƒCəmi2500ƒ dağlaləsi həyəcanının dövrümüzdəki problemləri şotland jurnalist Çarliz Makkeyin 1841-ci ildə nəşr etdiyi "Fövqəladə kütləvi yanılmalar və izdihamların həyəcanı" kitabı ilə başlamışdır. Makkey kitabında kütlələrin bəzən ağıldankənar davrandığını, dağlaləsi həyəcanı hadisəsinin də bu faktın "Cənub dənizi partlayışı" və "Missisipi Şirkəti" ilə birlikdə ən qabaqcıl nümunələrindən olduğunu bildirir. İddialarının qaynağı böyük nisbətdə Con Bekmenin "İxtiralar, Kəşflər və köklərin tarixi" adlı 1797-ci ildə nəşr olunan işinə söykənir. Əsasında Bekmenin və bu səbəbdən Makkeyin iddiaları 1637-ci ildə anonim yazarlar tərəfindən yaradılan üç anonim kitabça dayanır. Makkeyin kitabı nəsillər boyu iqtisadçılar və birja iştirakçıları arasında məşhurluğunu qorumuşdur. dağlaləsi həyəcanının spekulyativ bir partlayış kimi təqdim edən ön mühakiməli açıqlaması 1980-ci illərdən sonra iqtisadçılar tərəfindən araşdırılsa da, şöhrəti davam etmişdir.
Makkeyə görə 1600-cü illərdə dağlaləsinin artan məşhurluğu bütün bir xalqın diqqətini çəkdi; "əhalinin hamısı ən aşağı siniflərinə qədər dağlaləsi ticarətinə daxil oldu". 1635-ci ildə, 40 soğanın 100,000 florin (Hollandiya quldeni olaraq da məşhurdur) satıldığı qeyd edilmişdir. Qarşılaştırmaq lazım olsa 1 ton yağ 100 florin mal olduğu halda, səriştəli bir işçi ildə 150 florin qazanırdı. "Səkkiz bəslənmiş donuz"un xərci isə 240 florin idi.(Beynəlxalq İctimai Tarix İnstitutuna görə bir florin, 2002-ci ildəki 10.28 €nun alış gücünə sahib idi)
1636-cı ildə dağlalələri Hollandiyanın müxtəlif şəhərlərindəki və qəsəbələrindəki birjalarda satılmışdır. Bu dağlaləsi ticarətinin cəmiyyətin bütün üzvləri tərəfindən aparılmasına təşviq etmişdir. Makkey, dağlaləsi bazarında fərziyyə etmək üçün digər növdə mülklərini satmağa və ya mübadilə etməyə çalışan şəxslərdən də bəhs etmişdir. Məsələn hazırdakı iki Semper Augustus soğanından birini almaq qarşılığında 12 akr ərazi verən və ya tək bir "Viceroy" soğanı üçün 2500 Hollandiya quldeniflorin dəyərində bir mal səbətini verən insanlar olmuşdur.Makkeyə və ’yə görə tək bir soğan üçün bu qədər malın mübadilə edilməsi gerçəkləşmişdir, lakin Kreleyc () (1942) və anonim orijinal qaynağın bu şəkildə şərh edilməsinə etiraz edərək bu mal səbətinin yalnız Hollandiya florininin o zamanki alış gücünü göstərməsi üçün verildiyini irəli sürür.
thumb|left|260px|dağlaləsi həyəcanı haqqında 1637-ci ildə Hollandiyada çap edimiş əl elanı