Nobar hamamı — Təbrizdə Qacar dövrünə aid hamamlardan biri. Bu hamam təbrizli memar Bala Kazımın əsərlərindəndir. Haqqında Nobar hamamı Qacarlar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam 700 kv metr ərazini əhatə edir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. 1999-cu ildən isə mədəni abidələr siyahısına salındıqdan sonra restoran kimi fəaliyyətini davam etdirir. Hamam Tərbiyət küçəsinin yaxınlığında İmam Xomeyni küçəsində yerləşir.
Həmçinin bax Ağa Mikayıl hamamı Hacı Qayıb hamamı Qasım bəy hamamı
İstinadlar
Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:İran hamamları Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbrizin tarixi abidələri Kateqoriya:Təbrizin görməli yerləri Kateqoriya:İran memarlığı