Şade Adu (; ) — Nigeriya əsilli ingilis müğənni, mahnı müəllifi və şairə, aranjımançı və prodüser, "Sade" qrupunun lideri və yeganə vokalisti.

Həyatı Şade Adu, Stüart Metyumen, Pol Spenser Denmen və Endryu Heylin üzvlüyü ilə yaradılan qrup vokal xarakterli idi. Lakin qrup, musiqi dünyasında üzvlərinin birinin, Şadenin adıyla tanındı və beləcə də məşhurlaşdı. Qrupun üzvləri repertuarda soul, caz, ritm-n-blüz, fanka və soft-rok janrlarına üstünlük veriblər.

İlk debütünü 1983-cü ildə edən Şade hələ də dünyanın dinlənilən qruplarındandır. Debütdən bir il sonra, 1984-ci ildə "Diamond Life" adlı albom təkcə ABŞ-də 17 milyon, dünyada isə 50 milyon tirajla satıldı. Bu, qrupun məşhurluğunun ilk addımı oldu.

"Grammy" mükafatı laureatı Şade bir neçə beynəlxalq mükafata da layiq görülüb.

Qrupun tərkibi belədir:

Şade Adu — Vokal, Stüart Metyumen — saksofon, gitara, Pol Spenser Deymen — bas-gitara, Endryu Heylin — klaviş.

25 fevral 1984-cü ildə Şade ilk mahnısını, "Your Love is King"i Böyük Britaniyada təqdim etdi. "Diamond Life" albomunun debütündən sonra isə Birləşmiş Krallıq onların turnesinin şahidi oldu.

1986-cı ildə qrup nüfuzlu "American Music Awards" mükafatına, "Ən yaxşı video və musiqi stili" nominasiyasında layiq görüldü.

1987-ci ildə isə "Promise" albomu "Grammy"ni əldə etdi. Bir il sonra mayın 4-də Şade "Stronger Than Pride" adlı üçüncü albomunu sevənlərinə təqdim etdi. Şade Adu 1989-cu ildə "American Music Awards"ı solo ifasına görə qazandı. 4-cü albom 1992-ci ildə Birləşmiş Krallıqda işıq üzü gördü. 2000-ci illərin də sevilən qrupları arasında yer alan Şadenin şəxsi veb-saytı ötən il meydana çıxdı. Bu, fanatlarla əlaqə yaratmaq üçün əla fürsət idi.

2011-ci ilin əvvəlində isə Şade növbəti albomunu çıxardı. "Soldier of Love" adlı albom 12 yanvarda satışda göründü.

Həmçinin bax Flower of the Universe

İstinadlar

Xarici keçidlər Rəsmi səhifəsi Musiqiçinin bioqrafiyası Qeyri-rəsmi saytı — Lovers Rock Qeyri-rəsmi saytı SADE — Müğənni haqqında ... Şade qalereya

Kateqoriya:İngilislər Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:Epic Records artistləri Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları