Pamela Deniz Anderson (; 1 iyul 1967) — Kanada əsilli ABŞ aktrisası və fotomodel.
Həyatı Pamela Anderson karyerasına Labatt pivə reklamlarında, sonra isə Playboy səhifələrində modellik etməklə başlayıb. Daha sonra aktrisa kimi çalışmağa başladı, bir çox telelayihələrin iştirakçısı, eləcə də ictimai fəaliyyəti ilə seçilir.
Bir neçə dəfə nikahda olsa da, bütün evlilikləri uğursuz olaraq boşanmalar ilə bitmişdir. Birinci evliliyindən iki oğul övladı var.
Andersona 2002-ci ildə hepatit C diaqnozu qoyuldu. Virusu aktrisaya birinci əri Tommi Li (çox güman ki, cütlük eyni iynəni döymə üçün istifadə etdikdən sonra) keçirib. Aktrisa 2015-ci ildə xəstəliklə bağlı müasir müalicə üsulları yarandıqdan sonra tam sağaldığını elan etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:ABŞ-nin televiziya aparıcıları Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ ateistləri