Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur.
Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir.
Hazırladığı reytinqlər Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər.
Hesabatları
Azərbaycanın hesabatlarda yeri Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.Contact.az - Freedom House: Azərbaycanda İnternet məhdudiyyətləri var
Həmçinin bax Azərbaycanın beynəlxalq reytinqləri
İstinadlar
Xarici keçidlər Freedom House-un rəsmi veb səhifəsi
Kateqoriya:Qeyri-hökumət təşkilatları Kateqoriya:1941-ci ildə yarananlar Kateqoriya:İnsan hüquqları Kateqoriya:Beynəlxalq təşkilatlar