İv San Loran (; ) — Fransa modelyeri.

Həyatı 1936-cı ildə hələ Fransanın müstəmləkəsi olan Əlcəzairdə doğulan Loran 1954-cü ildə "Kristian Dior" moda evinə qoşulub. Bundan iki il sonra Kristian Dior vəfat etdi və San Loran 21 yaşında baş dizayner oldu.

Bir ara onu Əlcəzairdə vuruşmaq üçün əsgər də çağırıblar.

İv San Loran dünyanın yüzlərlə adlı-sanlı qadınını geyindirən moda evi açıb. Lakin dizayner 2002-ci ildə bütün moda salonlarını bağlayaraq bildirib ki, tamamilə kommersiyalaşmış sənayenin bir hissəsi olmaq istəmir.

Xarici keçidlər GQ jurnalında İv Sen Loranın bioqrafiyası

İstinadlar

Kateqoriya:Fransa modelyerləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Fransada LGBT şəxslər Kateqoriya:LGBT modelyerlər

Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Fransanın Roma katolikləri