Baxşəli (Baxış) bəy İsmayıl bəy oğlu Sultanov (10 sentyabr 1894, Zəngəzur qəzası – 4 oktyabr 1977, Bakı) — görkəmli mühəndis və geoloq alim, SSRİ-nin Fəxri Neftçisi, professor.
Həyatı Baxşəli (Baxış) bəy İsmayıl bəy oğlu Sultanov 1894-cü ildə anadan olmuşdu. Doğum yeri Zəngəzur qəzasının Tanzıvar kəndi və ya Qafan tərəfdəki Armudlu kəndi göstərilir. Həmçinin məlumat var ki, keçmiş Qafan rayonunda məşhur Sultanovlar nəslinə məxsus Armudlu (Danzaver) kəndi olub. 2013-cü ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov öz çıxışında Baxış Sultanovu Qubadlı rayonunun Balahəsənli kəndi ilə bağlamışdı.
Baxşəli bəy Sultanov Şamaxı realnı məktəbini qurtarmışdı. Şamaxıda ona dayısı — Yusif ağa himayədarlıq edirdi. Ondan sonra Baxış Sultanov təhsilini davam etmək üçün Bakıya getmişdi.
Baxşəli bəy Don-Alekseyevsk Politexnik İnstitutunun dağ mühəndisliyi şöbəsində 3-cü kursadək oxumuş, lakin maddi cətinlik səbəbindən təhsilini yarımçıq buraxaraq, geri qayıtmağa məcbur olmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil olunmuş, lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdı. 1922-ci ildə Baxşəli bəy Novoçerkassk Politexnik institutunu bitirmişdi.
Baxış bəy 1920-ci ilin oktyabr ayında XMK texniki-inşaat şöbəsinin müdiri, 1921-ci ilin sentyabr ayında XMK ümumi şöbəsində texniki təmirçi vəzifələrində işləyib, XMK-da texniki-inşaat masasının müdiri olmuşdu. Neft sənayesində mühəndis işləyibdir.
Baxşəli bəy Sultanov 1962-ci ildə geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsinə yiyələmçiş, həmin ildə də professor oldu. 1964-cü ildə əməkdar elm xadimi fəxri adına laiq görülmüşdü. SSRİ-nin Fəxri Neftçisi idi.
1937-1940-cı illər ərzində həbs edilənlərin arasında "Molotovneft" trestinin baş geoloqu B.İ.Sulatov da olmuşdu.
1937-də "NKVD" onu həbs edib, 4 illik istintaqdan sonra buraxıb.
ADU-da dərs deyib: 1949–52; 50-dən artıq elmi əsərin müəllifidir.
45 №-li quyu Baxşəli bəy Sultanov 1933-cü ildə Lökbatan tərəfdə neft yatağını kəşf etmişdi. Baxşəli bəyin kəşfi Sovet neft geologiysaının banisi və rəhbəri akademik İvan Qubkinin nəzəriyyəsini alt-üst etmişdi. Hərçənd ki Qubkin nəzəriyyəsinə görə vulkanik ərazilərdə neft ola bilməzdi, Baxış bəy Sultanov isə başdan-başa palçıq vulkanları ilə örtülü Lökbatanda neft quyusu qazılmasını təkid edirdi. Baxış Sultanov, elmi cəhətdən əsaslandıraraq, Lökbatan palçıq vulkanının yaxınlığında pilpilə brekçiyasının üstündə kəşfiyyat quyusunun qazılmasını təklif etmişdi. Bununla Lökbatanda 50 metr dərinliyində quyu qazılır, neft çıxmır və Baxış bəyi NKVD həbs edir. Baxşəli bəyin həbsxanadan ardıcıl müraciətləri nəticəsində, nəhayət, Mircəfər Bağırov işə qarışır və qazma davam etdirilir, 15 metr qazandan sonra neft fontan vurur. 45 №-li quyudan sutkada 20 min ton neft debiti ilə fontan vurdu. Sultanovdan üzr istəyib həbsdən azad edirlər. Baxşəli bəy Sultanovun bu kəşfinə görə, ona Dövlət mükafatı verilib və İ. Stalin özünün BMV avtomobilini ona bağışlamışdır. Bununla, dünyada ilk dəfə palçıq vulkanlarının neft yataqları ilə genetik əlaqəsi təsdiqləndi və palçıq vulkanlarının yaxınlığında yeni yataqların axtarışına zərurət aşkarlandı.
Ailəsi Dayısı – Yusif ağa Sultanov. Yusif bəy Sultanov isə Gövhər Sultanzadənin atasıdır. Gövhər Sultanzadə, öz növbəsində, Nəsir İmanquliyevin həyatı olmuşdu və bu evlilikdən Aida İmanquliyeva dünyaya gəlmişdi. Aida İmanquliyeva isə Arif Paşayevin həyat yoldaşı idi və bu ailədə iki qız övladı böyüyüb: Nərgiz Paşayeva və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva. Yusif ağa həmçinin Əli Əmiraslanovun əmisi idi.
Bioloq Əhməd Rəcəbli – onun arvadının qardaşıdır.
İstinadlar
Həmçinin bax Cümhuriyyət tələbələri Sultanovlar (III)
Xarici keçidlər
Kateqoriya:Geoloqlar Kateqoriya:SSRİ-nin fəxri neftçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri