Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür.

Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır.

Təşkilatın sədri Müşfiq Ələsgərlidir.

Məqsədi və fəaliyyət istiqamətləri JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır.

Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır.

JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir.

Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib.

2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.

Beynəlxalq əlaqələri JuHİ söz və mətbuat azadlığının təmin olunması istiqamətində işini üç nüfuzlu beynəlxalq jurnalist təşkilatı ilə qurmuşdur: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ.org), baş qərargahı Brüsseldə yerləşir, tərkibində 600 000-dən çox jurnalisti birləşdirir; Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (IFEX.org), mərkəzi ofisi Torontoda (Kanada) yerləşir, tərkibində Söz azadlığının müdafiəsi sahəsində fəaliyyət göstərən 90-dan çox nüfuzlu beynəlxalq jurnalist, hüquq müdafiəsi təşkilatlarını birləşdirir. Türkiyə Qəzetəçilər Federasiyası.

Ölkədaxili fəaliyyət JuHİ hazırda daxili strukturlarını möhkəmləndirmək, regionlarda ilk təşkilatlar qurmaq, həmçinin, azad, müstəqil həmkarlar ittifaqı quruculuğu sahəsində təcrübəni, məlumatları yaymaqla məşğuldur.

Təşkilat Azərbaycan Mətbuat Şurasının qurucu üzvlərindəndir. JuHİ sədri Müşfiq Ələsgərli hazırda Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, MŞ sədrinin müavinidir. Bundan əlavə JuHİ sədri Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondununun (KİVDF) Müşahidə Şurasında təmsil olunur.

JuHİ ölkə daxilində öz fəaliyyətini aşağıdakı QHT-lərlə vaxtaşırı işbirliyində qurur: "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Demokratik Jurnalistlər Liqası (DJL) Azərbaycan Media Mərkəzi (AMM) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Media Hüquqları İnstitutu və s.

Həmçinin bax Həmkarlar İttifaqları Azərbaycan Mətbuat Şurası Azərbaycan Jurnalistlər Birliyi Medianın İnkişafı Agentliyi

Xarici keçidlər

Etik Jurnalistika Təşəbbüsləri İFEX üzvləri

Kateqoriya:Jurnalist təşkilatları Kateqoriya:Azərbaycan həmkarlar ittifaqları Kateqoriya:1997-ci ildə yarananlar Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar