Cəlil Mustafa oğlu Xəlilov () — Azərbaycan paleontoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor.
Həyatı Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir.
Ədəbiyyat Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, Görkəmli mikropaleontoloq, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
İstinad siyahısı
Kateqoriya:SSRİ paleontoloqları Kateqoriya:Azərbaycan paleontoloqları Kateqoriya:Azərbaycan Krım tatarları