Şəfiqə Alxas qızı Eyvazova () — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Həyatı Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur.
Fəaliyyəti 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir.
1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.
Mənbə Şəfiqə Eyvazova
Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan kamança ifaçıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri