Fernando Néstor Muslera Micol, () — Uruqvaylı futbolçu. Türkiyənin Qalatasaray klubunun (2011-2025) və Uruqvay milli komandasının qapıçısı.
Fernando Muslera, tam adı Nestor Fernando Muslera Mikol, Uruqvaylı peşəkar futbolçu, Türkiyənin “Qalatasaray” klubunun keçmiş qapıçısı və kapitanı, eyni zamanda Uruqvay milli komandasının ən titullu oyunçularından biridir
Haqqında 2011-2025-ci ildə Türkiyə Super Liqası klublarlından olan Qalatasarayda oynayıb. Kiçik yaşlarda Uruqvayın Montevideo Wanderers komandasında futbola başlayan Muslera, daha sonra eyni komandada peşəkar oldu.
İki il A komandada oynadıqdan sonra ölkəsinin ən iddialı komandası olan Nacionala icarəyə verildi. Burada keçirdiyi qısa müddətdə diqqət çəkərək Arsenal, Yuventus kimi böyük klublar transfer etmək istədilər, lakin Muslera növbəti 4 sezon oynayacağı Latsio klubunu seçdi.
Musleranın karyerasındakı ən əhəmiyyətli dönüş nöqtəsiysə Cənubi Afrika Respublikasında təşkil edilən 2010 Dünya Kuboku oldu. Qrup matçlarında heç qol buraxmayan Uruqvaylı, Cənubi Koreya ilə oynanan ikinci dövr matçının ardından 1/4 finaldakı Qana oyununda bütün dünyanın diqqətini üzərinə çəkdi. 120-ci dəqiqədə turnirin ulduzlarından Asamoa Qyanın qaçırdığı penalti ilə penaltilərə keçilərkən, bu penaltilərdən üçünü qurtaran Muslera Uruqvayın 1/2 finala gəlişində böyük pay sahibi olan gənc qapıçı, ölkəsinin daha sonra oynadığı Hollandiya və Almaniya matçlarında qapısında gördüyü üç qola maneə ola bilmədi. Fernando Muslera bu yaz oynanan Kopa Amerikada göstərdiyi möhtəşəm performans ilə ölkəsi Uruqvayı yarım finala daşıyan aparıcı oyunçulardan biri oldu. Uruqvayın Argentinayla oynadığı 1/4 final matçındakı möhtəşəm performansı və penaltilərdə Tevezin vuruşunu qurtararaq ölkəsini 1/2 finala daşıdı. Uruqvay, 1/2 final matçında isə Liverpul forması geyən Luis Suarezin qeyd etdiyi iki qolla Perunu 2–0-lıq hesabla keçdi və finala yüksələn ilk komanda oldu.
Fernando Muslera, geridə buraxdığımız 2010–2011 mövsümündə isə Seriya A-da 36 matçda Latsionun qapısını qorudu. Bu matçlarda qapısında 39 qol görən bu gənc qapıcı, 13 matçda qapısında qol buraxmamışdı. Karyerasında bir İtaliya Kuboku, bir İtaliya Super Kuboku və bir də Dünya Kuboku dördüncülüyü olan 24 yaşındakı Muslera, artıq Qalatasaray qapısını qollardan qoruyur.
2011-ci ildə Muslera “Qalatasaray” ilə beşillik müqavilə imzaladı (12 milyon avro). Türkiyədə o, əsl əfsanəyə çevrildi, ilk mövsümündə Klaudio Taffarelin 18 “quru” oyun rekordunu qırdı. “Qalatasaray” ilə yeddi Türkiyə Superliqası titulu, beş Türkiyə Kuboku və altı Superkubok qazandı, Bülənt Qorqmazla birlikdə klubun ən titullu oyunçusu oldu. 2025-ci ilin yanvarında “Konyaspor”a qarşı 429-cu Superliqa matçını keçirərək “Qalatasaray”ın çempionat oyunları sayına görə rekordçusu oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:Argentinada doğulanlar Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Uruqvay Primera Divizyonu futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Estudiantes FK futbolçuları Kateqoriya:2015 Kopa Amerika futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:2019 Kopa Amerika futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:2013 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerika Sentenario futbolçuları Kateqoriya:Uruqvay milli futbol komandasının oyunçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Nasyonal FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları