Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi
Tarixi "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir.
Sarayın qarşısındakı meydan "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir.
İstinadlar
Xarici keçidlər Sumqayıt. Mədəniyyət evləri
Kateqoriya:Sumqayıt Kateqoriya:1986-cı ildə Azərbaycanda yarananlar