Kim Possibl () — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır.
Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir.
Yaradılış "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın. Həmçinin, qəhrəman qız olmalı idi. Prodüserləri liftdən azad edən zaman onların fikirlərində animasiya serialının mövzusu başa çatmışdır. İlk dəfə animasiya efirə ABŞ-nin Disney Channel kanalında 7 iyun 2002-ci ildə çıxmışdır. Efirə çıxan zaman animasiya yeniyetmə və yetkin tamaşaçılar sırasında böyük rəğbət qazanmışdır. Animasiyanın ilk seriyası «Dağılma» () "İlin ən yaxşı animasiya seriyası"na görə Emmi mükafatına layiq görülmüşdür. Ümumilikdə isə animasiya serialı 5 nominasiyaya layiq görülmüş və onlardan birini qazanmışdır.
Məzmun
Kim Possibl dostları Ron Stoppabl, tüksüz köstəbək Rufus, kompüter ustası olan Ueyd Load və digərləri ilə birlikdə dünyanı xilas etməyə çalışan qəhrəman olmaqla yanaşı, məktəbdə oxuyan gənc bir qızdır. Seriyalarda yaxın dostu Ron danışan köstəbək Rufus ilə müşayiət olunur. Kim Possibl ABŞ-nin Middlton adlanan uydurulmuş şəhərində yaşayır.Mark McCorkle and Bob Schooley Interview on Kim Possible Season 4 Yoxlanılıb: 11 oktyabr 2014 Burada onun ailəsi, yaxın dostları vardır. Oxuduğu məktəb də məhz burada yerləşir. Serialda Kim Possibl Ron Stoppabl, Rufus və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. Onlar çox vaxtı əsas qəddarlardan biri olan Həkim Drakken və köməkçisi Şiqo ilə mübarizə aparırlar. Həkim Drakken həmişə dünyanı ələ keçirən zaman ona Kim Possibl mane olur. Serialın sonunda Kim Possibl və dostları bütün qəddar personajlara qalib gəlir.
Personajlar
Kim Possibl Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və kürən uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır...
Ron Stoppabl Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir. Bu ev heyvanının götürmə səbəbi, atasının heyvan tüklərinə qarşı allergiyası olmasıdır. Ronun sarışın dağınıq saçları və qəhvəyi rəngli gözləri vardır...
Rufus Rufus - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Rufus tüksüz köstəbəkdir. Meqa Maqada yaşayırdı. Rufusun atası tüklərə qarşı allergiyası var idi.Bu səbəbdən Ron Rufusu özünə götürür. Rufus adi köstəbək deyildir. Rufusun beyni insanın beyninə çox yaxındır. İnsan kimi 2 ayaqları üzərində dayana bilir. Rufusun boyu 30 sm-dir. Çəkisi 1,8 kq-dır. Gözləri qaradır...
Monik Monik - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir.Kim Possible, episode 13, Monkey Fist Strikes (13 Sentyabr 2002)Kim Possible, episode 14, October 31st (11 Oktyabr 2002)Kim Possible, episode 3, The New Ron (7 İyun 2002)Kim Possible, episode 11, Coach Possible (23 Avqust 2002)Kim Possible, episode 39, Hidden Talent (2 Yanvar 2004)Kim Possible, episode 54, Bonding (22 Oktyabr 2004) Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır...
Ueyd Load Ueyd Load - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir.Toon Disney Yoxlanılıb: 13 oktyabr 2014 Serialın başlanğıcında təxminən 10 yaşındadır və digər personajlar kimi sonrakı seriyalarda yaşlanır. Ueyd dahi və kompüter ustasıdır. Ueyd 8 ayda lisey və kolleci bitirmişdir. Onun boyu cəmi 112 sm-dir. Qara gözlüdür. Çəkisi 178 kq-dır. Afrika-Amerika qarışığıdır. Bəzi insanlara vəzifələrində çox köməkçi olar...
Həkim Drakken Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır...
Şiqo Şiqo - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dünyanı ələ keçərməyə çalışan personajlardan biridir. Həkim Drakkenin yaxın dostu olmasına baxmayaraq ondan dərrakəlidir. Zarafat etməyi çox sevir. Çox uzun və qara saçlı, yaşıl gözlüdür...
Meymun Yumruğu Meymun Yumruğu - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi. Həmin artefaktlar başğa dünyanı idarə edəcəkdi. Lord Meymun Yumruğu, xüsusilə, Tai-Chin-Pek-Var və ya Meymun Kunq Fu stili ilə maraqlanırdı...
Daff Killiqan Daff Killiqan - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir. Killiqan rəsmi kelt yubkası geyir. Başında Şotland papağı vardır. Killiqan dünyanı bir qolf meydançasına çevirmək istəyir. Bu səbəbdən Killiqan Həkim Drakken ilə əməkdaşılıq edir. Daff Killiqanın evi "Killiqan Adası" adı ilə məşhurdur. Daff Killiqanın ən təhlükəli silahı içi qumbara ilə doldurulmuş qolf topudur...
Professor Dementor Professor Dementor - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dementor məşhur alim və Həkim Drakkenin ən böyük düşmənidir. Dementor, Hench Co.-dan pulla aldığı xüsusi vəzifəliləri və dünyaya zərər vurmaq üçün tapdığı icadları sayəsində dünyanı ələ keçirməyə çalışır. Dementorun 40 yaşı vardır. Onun üzündə həmişə maska olur. Paltarı da bütün seriyalarda qırmızı olur. Dementorun soyadı Demenzdir...
Cill Cill - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Cill əvvəllər Ron ilə bir məktəbdə oxuyurdu. Bir gün onlar "Vonnavip" () adlı düşərgəyə gəlirlər. Burada "Vonnavip" gölü vardır. Həmin göl çox zəhərlidir. Bu səbəbdən Ron orada üzmür. Lakin Cill ona əhəmiyyət verməyərək, orada üzməyə başlayır. Bu zaman Cill mutanta dönür. Mutanta döndükdən sonra Rondan qisas almağa başlayır...
Senyor Senyor böyük və Senyor Senyor kiçik Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun...
Səsləndirmə Aktyor/aktrisa Rol Qeydlər Kristi Karlson RomanoLast Interwiew with Steve Loter Yoxlanılıb: 11 oktyabr 2014 Kim Possibl Cizgi filminin baş qəhrəmanı Uill FridlUill Fridl Yoxlanılıb: 11 oktyabr 2014 Ron Stoppabl Kimin köməkçisi Nensi KartvraytNensi Kartraytın səsləndirdiyi personajlar Yoxlanılıb: 11 oktyabr 2014 Rufus Ronun köməkçisi Taj Mouri Ueyd Load Dünyanı xilas etməyə çalışır Qeri KoulQari Koul Yoxlanılıb: 11 oktyabr 2014 Həkim Ceyms Timoti Possibl Kimin atası Cin Smart Həkim Xanım Possibl Kimin anası Şon Fleminq Cim Possibl Kimin qardaşı Spenser Foks Tim Possibl Kimin qardaşı Con Di Macio Həkim Drakken Dünyanı ələ keçirməyə çalışır Nikol Sallivan Şiqo Həkim Drakkenin köməkçisi Raven Simone Monik Kimin dostu Castin Börfield Cill Ronun düşməni Patton Osvalt Professor Dementor Dünyanı ələ keçirməyə çalışır Tom Keyn Meymun Yumruğu Dünyanı ələ keçirməyə çalışır Brayn Corc Daff Killiqan Dünyanı ələ keçirməyə çalışır Riçardo Montalban Senyor Senyor Senyor Dünyanı ələ keçirməyə çalışır Nestor KarbonellSenyor Senyor Cunior personajını səsləndirən Nestor Karbonell Yoxlanılıb: 11 oktyabr 2014 Senyor Senyor Cunior Keiko Agena Yori Felisiti Haffman Həkim Direktor Estel Harris Xanım Lipski Həkim Drakkenin anası Kristofer MakDonald Hiqo Şiqonun qardaşı Cer Berns Miqo Şiqonun qardaşı Fred Savac Viqo Şiqonun qardaşı Tara Stronq Tara Kirsten Stroms Boni Con Di Macio Motor Ed Dallas Fridey Dallas Fridey Ryan Niquist Ryan Niquist Bob Börnquist Bob Börnquist Rider Stronq Brik Flaqq Corc Takei Sensey Kerri Kenni Bebe Roboter Eşli Tisdeyl Kamilie Leon Brayn Poşehn Kuzin Larri Brayn Stepanek Mathter
Dünya kanallarında yayımlanması ÖlkəYayım ABŞ Disney Channel, Toon Disney, ABC Family, Disney XD Meksika Azteca 7 Kuba Telemundo Braziliya Rede Globo, Disney Channel Brasil Venesuela RCN Televisión Kanada Teletoon İspaniya TVE 2, Disney Channel España Almaniya RTL 2 İsveçrə RTL 2 Avstriya RTL 2 Böyük Britaniya ITV1 Macarıstan RTL klub Niderland Ketnet, Disney XD Bolqarıstan BNT Channel 1 Finlandiya Nelonen, Disney Channel, Toon Disney, Disney XD Rusiya Pervıy Kanal, STS, Disney Channel Russia İsrail Arutz HaYeladim, Jetix Yaponiya Disney XD Japón Hindistan Toon Disney, Disney Channel, Disney Cinemagic Çin Disney Channel Asia Çili Canal 13 Səudiyyə Ərəbistanı Disney Channel Oriente Medio Türkiyə TRT 1
Dünya ölkələrində adı və çıxış tarixi ÖlkəDilAdıÇıxış tarixi Azərbaycan Azərbaycan dili Kim Possibl Rəsmi çıxış tarixi yoxdur ABŞ İngilis dili Disney's Kim Possible 7 iyun 2002 Argentina İspan dili Kim Possible 2 dekabr 2002 Fransa Fransız dili Les Griffes de la nuit 18 sentyabr 2002 Braziliya Portuqal dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur Polşa Polyak dili Kim Kolwiek Rəsmi çıxış tarixi yoxdur İtaliya İtalyan dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur Almaniya Alman dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur İspaniya İspan dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur Macarıstan Macar dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur Rusiya Rus dili Ким Пять-с-Плюсом Rəsmi çıxış tarixi yoxdur Türkiyə Türk dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur Yaponiya Yapon dili キム・ポッシブル Rəsmi çıxış tarixi yoxdur Kanada Fransız dili Kim Possible 25 avqust 2002 23px Tayvan Çin dili 麻辣女孩 mart 2002 Yunanıstan Yunan dili I apithani Kim Rəsmi çıxış tarixi yoxdur Səudiyyə Ərəbistanı Ərəb dili دامو ستحيل Rəsmi çıxış tarixi yoxdur Norveç Fransız dili Kim Possible 3 mart 2002
Mükafat və Nominasiyalar