Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri.

Ümumi xarakteristika Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.

Deməli, dünyada hərəkətdən kənarda olan heç bir obyekt yoxdur. Buna görə də hərəkət son dərəcə müxtəlif və rəngarəng növlərdə təzahür edir. Sükunət kimi qəbul edilən mövcudatlar və hallar da əslində hərəkətdədir. Məsələn, evdə çarpayıda uzanmış adam hərəkətsiz görünə bilər. Əslində isə o, evlə birlikdə böyük sürətlə yer oxunun ətrafında fırlanır. Yer kürəsi də günəş ətrafında dövr etməkdədir.

Hərəkət təsadüfi baş vermir və yaxud da obyektlərə kənardan gətirilmir. O obyektiv xarakterə malikdir. Yəni predmetlərin daxili təbiətindədir. Çünki hər bir maddi obyekt onu təşkil edən elementlərin qarşılıqlı təsiri sayəsində mövcuddur. Məsələn, atomlar ona görə mövcud ola bilir ki, onların tərkibində nüvə və elektronlar qarşılıqlı təsirdədir. Canlı orqanizmlərin mövcudluğu onların molekulları, hüceyrələri və orqanlarının qarşılıqlı təsiri ilə bağlıdır. Cəmiyyət buna görə mövcud ola bilir ki, burada müxtəlif insan qrupları bir-birilə qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Gətirilən misallar obyektlərin daxilində onu əhatə edən ünsürlər arasındakı qarşılıqlı təsiri ifadə edir. Bundan əlavə, hər bir obyekt xarici qarşılıqlı təsirdə də iştirak edir. Yəni o başqa obyekt ilə, habelə ətraf mühitlə qarşılıqlı təsirdə olur. Bu çoxtərəfli qarşılıqlı təsir gedişində əşya və proseslər daim dəyişikliklərə məruz qalır. Bütün bu dəyişikliklər isə maddi dünyanın, çox mühüm səciyyəsini təşkil edir. Deməli, dünyada universal xarakterli qarşılıqlı təsir fəaliyyət göstərir. Bu qarşılıqlı təsir hərəkət formasında üzə çıxır. Belə ki, o predmetlərin xassələri, münasibətləri və hallarının dəyişməsinə gətirib çıxarır. Fəlsəfədə bu dəyişikliklər geniş planda götürülür və hərəkət adlanır. Hərəkət materiyanın ayrılmaz keyfiyyətini təşkil edir.

Hərəkət materiyanın mövcudluq üsuludur. Bu o deməkdir ki, materiya hərəkətdən kənarda ola bilməz. Dünyadakı bütün obyektlər onlarda müəyyən hərəkət dəyişikliklərinin baş verməsi sayəsində mövcud olur. Hər hansı obyektin hərəkətinin məhv olması, onun fəaliyyətinin dayanması, yəni başqa obyektə çevrilməsi deməkdir. Öz növbəsində bu yeni yaranan obyektdə də müəyyən hərəkət dəyişiklikləri baş verir. Başqa sözlə deyilsə, hərəkət materiyaya daxilən xas olan atributiv (yəni ondan ayrılmaz) keyfiyyətdir. Materiyanın özü mütləq olduğu kimi, hərəkət də mütləq xarakter daşıyır.

Adi danışıqda hərəkət bəsit mənada başa düşülür. Belə təsəvvür olunur ki, bəzi cisimlər sükunət halında, digərləri isə hərəkətdədir. Nəticədə bu iki vəziyyət (hərəkət ilə sükunət) qarşı-qarşıya qoyulur və onların guya bərabər səviyyədə mövcud olducu fikri qərarlaşır. Əslində isə belə deyildir. Mexanikanın qanunları haqqında azacıq məlumatı olan hər bir adama aydındır ki, sükunət vəziyyəti yalnız müəyyən hesablama sisteminə nəzərən mövcud ola bilər. Məsələn, bizim yaşadıcımız bina Yerin səthinə münasibətdə sükunətdədir. Əslində isə o, Yer kürəsi ilə birlikdə Günəş ətrafına (yəni ona nəzərən) daim yerdəyişmədə (hərəkətdə) çıxış edir. Bundan əlavə bizim sükunət vəziyyətində hesab etdiyimiz ev Yer Kürəsi və Günəşlə birlikdə bizim qalaktikanın ətrafında hərəkət edir (yəni onun nüvəsinə nəzərən 250 km sürətlə dəyişilir). Nəhayət hərəkətsiz görünən ev, bizim qalaktika ilə birlikdə kainatın genişlənməsi nəticəsində digər qalaktikalardan uzaqlaşır. Beləliklə, bizim sükunətdə olducunu güman etdiyimiz bütün predmetlər əslində daim hərəkət edirlər. Sonra, biz müşahidə etdiyimiz hər hansı predmetin sükunət vəziyyətində olducunu söyləyərkən, qeyri-aşkar şəkildə olsa da, onun müəyyən məkan konfiqurasiyasını (yerləşməsini), öz strukturunu saxladıcını, daxili elementlərinin təşkili qaydasını təkrarladıcını nəzərdə tuturuq. Həqiqətdə isə məsələ tamamilə başqadır.

Məsələn, daş materialından tikilmiş möhkəm bina bizdə dəyişilməyən, sükunətdə olan təəssüratı yaradır. Lakin ona elektron mikroskop altında baxsaq (bu mikroskop, obyektin həcmini 200-300 milyon dəfə böyüdə bilir) onda məlum olur ki, onun qəti surətdə ayrılmış məkan hüdudları yoxdur. Çünki binanın ətraf hava ilə sərhəddə yerləşən daş səthinin molekulları daim bir-birilə qarşılıqlı təsirdə olur. Daha dəqiq desək, daşın səthində yerləşən molekullar ilə havanın molekulları bir-birinə nüfuz edir, qarşılıqlı surətdə biri digərinə keçir. Bundan əlavə, müasir fizika elmi sübut edir ki, sözügedən qarşılıqlı nüfuz etmə daha ilkin pillələrdə də (elektronlar, protonlar və nüvə daxili neytronlar və s.) özünü göstərir. Deməli, bizim sükunət vəziyyətində müşahidə etdiyimiz ev, daim hərəkətdədir, onun hissəcikləri ətraf havanın hissəcikləri ilə qarşılıqlı çevrilmə halında çıxış edir. Eyni vəziyyət bizi əhatə edən dünyadakı hər bir predmetdə baş verir. Hətta, insanın özündə də ruhun vəziyyəti (halı) daim dəyişilir, yəni, yeni duycular, yaşantılar, fikirlər yaranır. Bizim bədənimiz də fasiləsiz dəyişikliklər məkanıdır: müəyyən müddət keçdikdən sonra maddələr mübadiləsi nəticəsində bədənimizdəki molekullar öz tərkibini dəyişir. Deyilənlərlə əlaqədar olaraq amerikan filosofu S.Çeyzin obrazlı şəkildə ifadə etdiyi aşacıdakı fikir maraqlı görünür: mən çəməndə otlayan inəyi gördükdə bilməliyəm ki, o, heç də inək deyil, elektronların həddən artıq yüksək sürətlə baş verən rəqsidir. Bu metaforada (şişirdilmiş bənzətmədə) müəyyən həqiqət məqamı vardır. O, əyani surətdə hərəkətin daim baş verdiyini ifadə edir.

Adi danışıqda hərəkət dedikdə cisimlərin məkanda yerdəyişməsi nəzərdə tutulur. Bundan fərqli olaraq fəlsəfədə hərəkət anlayışı geniş məna daşıyır. Onun məzmununa dünyadakı ən kiçik obyektlərdən başlayaraq, ən böyük obyektlərə qədər hamısında baş verən dəyişikliklər daxil edilir. F.Engels özünün «Təbiətin dialektikası» əsərində hərəkətin bu anlamını belə ifadə etmişdir: «Sözün ən ümumi mənasında götürülən, yəni materiyanın mövcudluq üsulu və ona daxilən xas olan atribut mənasında anlaşılan hərəkət, kainatda baş verən bütün dəyişiklikləri – cisimlərin sadəcə məkanca yerdəyişməsindən başlayaraq təfəkkürdə baş verən dəyişikliklərə qədər hər şeyi əhatə edir». Hələ qədim fiosoflar dünyanı hərəkətdə görürdülər. Məsələn, Efesli Heraklitin irəli sürdüyü «hər şey axır, hər şey dəyişir» fikri bunu sübut edir. Demokrit göstərirdi ki, atomlar daim hərəkətdədir, Aristotel isə belə hesab edirdi ki, ümumi götürülən hərəkət ilə onun konkret növləri bir-birilə əlaqəlidir. O, həm də hərəkəti gerçək varlıq kimi təsəvvür edərək yazırdı: «mən hərəkt dedikdə, imkan şəklində olanın həyata keçirilməsini başa düşürəm».

Hərəkətlə bağlı fəlsəfi baxışlar Yeni dövr fəlsəfəsində hərəkətə materiyanın ən mühüm xassəsi kimi yanaşılırdı. Frensis Bekon yazırdı: «Bizə məlum olan cisimlərdə həqiqi sükunət yoxdur, onlar yalnız zahirən sükunətdə görünürlər». Bu dövrdə mexanika sürətlə inkişaf etdiyindən bütünlükdə hərəkət mexaniki hərəkətdən ibarət hesab olunurdu. Məsələn, Dekart materiya ilə hərəkəti ayrılmaz əlaqədə götürürdü. Lakin o, materiyanı müstəqil qaradıcı qüvvə kimi təsəvvür edirdi. Bütün hərəkəti mexaniki hərəkətə müncər edir və göstərirdi ki, yalnız o materiyanın həyatının ifadəsidir.

Materiyanın əzəldən fəal qüvvə olducu fikri də həmin dövrün məhsuludur. Onun banisi Con Toland ilk dəfə mistik (sehrli) ilkin təkan nəzəriyyəsini alt-üst etdi. Beləliklə də XVII əsr materializmində hərəkəti materiyanın ayrılmaz xassəsi kimi izah edən baxış yarandı. XVIII əsr fransız materialistləri (Lametri, Didro, Helvesti, Holbax) ilk dəfə belə bir fikir irəli sürdülər: materiya hərəkətsiz mövcud deyildir. Hərəkət materiyanın mövcudluq üsuludur.

Hərəkət haqqında təlimin inkişafında Georq Vilhelm Fridrix Hegel xüsusi yer tutur. O, öz sələflərinin hərəkəti metafiziki və mexaniki anlamasını aradan qaldırdı. Hegel həm də göstərdi ki, hərəkətin mənbəyini ziddiyyət təşkil edir. O, hərəkətin əsas qanunlarını kəşf etmişdir.

Hərəkət daxilən ziddiyyətlidir. O, dəyişkənlik ilə sabitliyin, mütəhərriklik ilə sükunətin ayrılmaz vəhdətidir. Belə ki, obyektlərin xassələri və münasibətlərinin dəyişilməsi gedişində bir tərəfdən hər bir sükunət, dayanıqlıq hərəkət vasitəsilə özünü göstərir. Dünyadakı hadisələrin sonsuz axınında hərəkət heç vaxt dayanmır. Bununla yanaşı, onların hər biri nisbi sükunətdədir. Çünki, obyektin necə dəyişilməsindən asılı olmayaraq müəyyən zaman intervalında o, öz mövcudlucunu və keyfiyyət müəyyənliyini sabit saxlayır.

Beləliklə, sükunət hərəkətin elə bir halını ifadə edir ki, bu hal predmetin dayanıqlıcının, onun keyfiyyətinin saxlanılmasını təmin edir. Buna görə də sükunət nisbidir, onu mütləqləşdirmək docru deyildir. Eynilə də dəyişkənliyi həddən artıq şişirtmək və mütləqləşdirmək yolverilməzdir. Sükunətə məhəl qoymamaq mütləq relyativizm (hər şeyi nisbi görmək deməkdir) adlanan səhvə gətirib çıxarır.

Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir. Hərəkətin bu xassəsi inkişaf anlayışında daha aydın görünür. Inkişaf irəli docru yönəlmiş, qarşısı alınmaz hərəkətdir. Onun daxilindəki momentlər bir-birilə ayrılmaz əlaqədədir. Hərəkət mövcudatların öz daxilində, onların dəyişilmə mənbəyi kimi çıxış edir.

Qeyl olunmalıdır ki, hər hansı bir əşyanın hərəkəti yalnız başqaları ilə münasibətdə özünü göstərir. Ayrıca bir əşyanın müstəqil hərəkət etdiyini söyləmək cəfəngiyyat olardı. Odur ki, müəyyən bir obyektin hərəkətini öyrənmək üçün onu mütləq başqası ilə münasibətdə götürmək lazımdır. Həmin başqa obyekt çıxış nöqtəsi rolunu oynayan hesablama sistemi adlanır.

Hərəkət ilə materiyanın ayrılmazlıcı ideyası heç də hamı tərəfindən birmənalı qəbul edilmir. Xüsusiən də XIX əsrin sonlarında radioaktivliyin kəşfi sayəsində məlum oldu ki, maddə parçalanarkən böyük miqdarda enerği alınır. Bunu əldə bayraq edən bəzi fiziklər göstərirdilər ki, materiya yox olur, təkcə enerği qalır. Materiyanın enerjiyə çevrildiyini iddia edənlər (bunlar energetizm tərəfdarları adlanır) Eynşteynin kəşf etdiyi kütlə ilə enerğinin ekvivalentliyi qanunundan (E = mc2) öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Məsələn, energetizm banisi, XIX əsrdə yaşamış alman təbiətşünası Vilhelm Ostvald yalnız enerğinin mövcud olducunu göstərərək yazırdı: «Cənablar, sizi bir dəyənək ilə vurduqda nəyi hiss edirsiniz – dəyənəyi, yoxsa enerjini? Yalnız enerjini hiss edirsiniz». Onun fikrincə insanların materiya kimi qavradıqları əslində enerjidir. Beləliklə də o, enerjini mütləqləşdirirdi. Əlbəttə, enerği maddi obyektlərin qarşılıqlı təsirinin dərəcəsini müəyyən etməkdə mühüm rol oynayır.

Əsas diqqət onların enerği tərəfinə yönəldilir. Belə mücərrədləşdirmə təbii və faydalıdır. Məsələn, elementar hissəciklərin real strukturu məlum olmadıcı dövrdə onların qarşılıqlı çevrilməsi prosesləri yalnız enerği mövqeyindən təsvir olunurdu. Lakin bunu mütləqləşdirmək olmaz. Əks halda bu proseslərdə sabit kəmiyyət kim qalan enerği substansiya kimi qələmə verilə bilir. Guya bu məhvolunmayan, sabit substansiya maddi elementar hissəciklərin törədicisidir. Göstərilən vəziyyət daha çox fotonlarla (işıq hissəcikləri) baclıdır. Belə təsəvvür olunurdu ki, guya fotonlar xalis enerğidən ibarətdir. Lakin tezliklə məlum oldu ki, fotonlar kiçicik materiya hissəcikləridir. Onların təkcə enerğisi deyil, həm də kütləsi vardır.