Regimantas Vaytkusoviç Adomaytis (; ) — Sovet və Litva aktyoru, SSRİ xalq artisti (1985).

Həyatı Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır.

1962–1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.

Vilnüs Filarmoniyasının müğənnisi Eugeniya Bayoritenin həyat yoldaşı olmuşdur.

Ömrünün son illərində ağır xəstə olmuşdur. 20 iyun 2022-ci ildə vəfat etmişdir. Litva Prezidenti Gitanas Nauseda məşhur aktyorun vəfatı ilə əlaqədar başsağlığı vermişdir.

Filmoqrafiya Kral Lir (film, 1970)

Mükafatları -in əməkdar artisti (1973) -in xalq artisti (1979) Almaniya Demokratik Respublikasının Milli mükafatı (1981) -in Dövlət Mükafatı (1982) SSRİ xalq artisti (1985) Litva Böyük Knyaz Qədiminas Ordeninin III dərəcəsi (1997)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Litva aktyorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:SSRİ xalq deputatları