Çimnaz Məmməd qızı Babayeva () — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Həyatı Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.
Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir.
Yaradıcılığı Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.
Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar: Partiya Əsər Müəllif Şirin Məhəbbət əfsanəsi Arif Məlikov Ayişə Yeddi gözəl Qara Qarayev Sari İldırımlı yollarla Qara Qarayev Qız Şur Fikrət Əmirov Nəsiminin sevgilisi Nəsimi dastanı Fikrət Əmirov Gülyanaq Qız qalası Əfrasiyab Bədəlbəyli Jizel Jizel Adolf Adan Xanım Xanım və xuliqan Dmitri Şostakoviç Kitri Don Kixot Lüdviq Minkus
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Bakı Xoreoqrafiya Akademiyasının məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Azərbaycan balerinaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri