Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu Mərəndi (1795-?)—siyasi mühacir.
Həyatı
Məhəmmədhəşim bəy Nəzərəli xan oğlu 1795-ci ildə Mərənd şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Abbas mirzə Qovanlı-Qacara xidmət etmişdi. Şahzadə atası Nəzərəli xanı öldürdükdən sonra Risiyaya mühacirət etmişdi. Qarabağ rəisi onu ailəsi ilə birlikdə Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar kəndində yerləşdirmişdi. Ona mülk ayrılmış, təqaüd kəsilmişdi.
Ailəsi Məhəmmədhəşim bəyin Qasım bəy, Əli bəy, Mehdi bəy, Abdulla bəy adlı oğlanları vardı.
Mənbə Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
İstinadlar
Həmçinin bax Nəzərəli xan Mərəndi
Xarici keçidlər
Kateqoriya:Mərənddə doğulanlar