Böyük Kanyon milli parkı () — ABŞ-nin Arizona ştatının şimal-qərbində yerləşən milli park. Parkın mərkəzi xüsusiyyəti Kolorado çayının yaratdığı Böyük kanyondur. Kanyon dünyanın möcüzələrindən biri hesab olunur. 1 217 262 hektar ərazini əhatə edən park 2017-ci ildə bütün Amerika milli parkları arasında Böyük Tüstü Dağları Milli Parkından sonra ikinci ən yüksək ziyarətçi sayını əldə etmişdir. Böyük Kanyon 1979-cu ildə UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Park 26 fevral 2019-cu ildə 100 illik yubileyini qeyd edib.

İstinadlar

Kateqoriya:ABŞ milli parkları Kateqoriya:26 fevralda yarananlar Kateqoriya:1919-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:ABŞ-dəki ümumdünya irsi