Culfa — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanının inzibati mərkəzi. Culfa coğrafi mövqeyinə, İranın dövlət sərhədində yerləşməsinə və Azərbaycan Respublikası ilə Ermənistanla həmsərhəd olmasına görə yüksək iqtisadi və tranzit əhəmiyyətinə malikdir. Şəhərdən keçən dəmiryol xətti İranın dəmir yolu şəbəkəsini Qafqaz və Mərkəzi Asiyanın dəmir yolu şəbəkələri ilə birləşdirir və Culfanı İranın şimal-qərbində mühüm nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirmişdir.

Əhalisi 2006-cı ildə aparılmış əhalinin siyahiya alınmasına görə əsasında bu şəhərdə yaşayan əhali 4983 nəfər və 1365 ailədən ibarət idi.

Milli tərkibi Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.Rəhim Sərvər,Culfa İslam Dünyası Ensiklopediyasında Yoxlanılıb 14 mart 2012.

Həmçinin bax Culfa şəhristanı Culfa (Azərbaycan)

İstinadlar

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri Kateqoriya:Bölünmüş şəhərlər