Argentina–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Argentina Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Tarixi İki ölkənin xalqları arasındakı münasibətlər hələ SSRİ dönəmində də mövcud olmuşdur.
Argentina 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur.
Diplomatik əlaqələr thumb|2011-ci ildə Azərbaycan nümayəndə heyətinin Argentina prezidenti ilə görüşüLa Presidenta recibió al canciller de Azerbaiyan . casarosada.gob.ar İki ölkə arasında diplomatik əlaqələr 1993-cü il noyabrın 8-də qurulmuşdur.Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az
Səfirliklər 25 may 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Argentinanın paytaxtı Buenos Ayres şəhərində Azərbaycan səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının Argentinadakı səfirliyi 2010-cu ildə açılmışdır.Azərbaycan Respublikası — Argentina Respublikası münasibətləri. mfa.gov.az, 28.01.2015
28 fevral 2012-ci ildə Argentina prezidenti Kristina Fernandes de Kirşner ölkəsinin Azərbaycanda səfirliyinin təsis edilməsinə dair fərman imzalamışdır. 2012-ci ilin mart ayında isə Argentina Milli Konqresinin yuxarı palatası olan Senat "Qardaş ölkə olan Azərbaycan Respublikasında Argentina Səfirliyinin təsis edilməsinə məmnunluğun ifadə edilməsinə dair bəyanat" adlı sənəd qəbul etmişdir. 2013-cü ildə isə Argentinanın Bakıda səfirliyi açılmışdır.
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az. Bu işçi qrupu 13 dekabr 2005-ci ildə yaradılmış və ilk rəhbəri Rüstəm Xəlilov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az. 4 mart 2016-cı il tarixindən də Rüstəm Xəlilov işçi qrupunun rəhbəridir.
23 avqust 2011-ci ildə Argentina Senatında Azərbaycanla dostluq qrupu yaradılmışdır.
23 avqust 2011-ci ildə Argentina Milli Konqresinin Senatında və 5 iyul 2011-ci ildə Deputatlar Palatasında Azərbaycanla Dostluq qrupları təsis edilmişdir. Dostluq qrupunun sədri Deputatlar palatasının üzvü Roberto Muyerondur. 2012-ci ilin 4–5 oktyabr tarixində Argentina Milli Konqresində Azərbaycanla Dostluq Qrupunun üzvləri Roberto Muyeron, Omar Bruna de Marçi, Kristina Reqatsoli, Alisia Marsela Komelli, Olqa Elizabet Qusman, Pedro Omar Molas, Aqustin Alberto Portela və Maria Hiqonet Azərbaycana səfər etmişdir.
Müqavilə-hüquq bazası İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 18 sənəd imzalanmışdır.
İqtisadi əlaqələr
Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi201941,0721 153,3321 194,420205 508,5220 570,5726 079,09202111,8049 643,8449 655,64202211 314,19 60 606,5671 920,752023055 749,8355 749,832024892,8870 786,0871 678,96
Mədəni əlaqələr SSRİ-nin xalq artisti olmuş Rəşid Behbudov xarici ölkə qastrolları zamanı Buenos-Ayres şəhərində konsert proqramı ilə çıxış etmişdir.
Diaspora
Argentina azərbaycanlıları
İdman sahəsində əməkdaşlıq thumb|Argentina millisinə həsr olunmuş Azərbaycan poçt markası (1997)15 Oktyabr, 1997. Dünya Futbol Çempionatı "Fransa−98". azermarka.az, 15.10.1997
Həmçinin bax Argentina azərbaycanlıları Argentina–Ermənistan münasibətləri Argentina–Türkiyə münasibətləri
İstinadlar
Xarici keçidlər
Azərbaycandaki Argentinanin səfirliyi Rəsmi saytı Argentinadaki Azərbaycanin səfirliyi Rəsmi saytı İkitərəfli münasibətlər