Kommando () — 1985-ci ildə rejissor Mark Lester tərəfindən çəkilən ABŞ filmi. Filmin distribütori 20th Century Fox kompaniyasıdır.
Məzmun
Polkovnik Con Metriks keçmiş hərbiçidir. Günlərin birində Metriksin yanına keçmiş komandiri General Franklin Körbi gəlir. Metriks ondan öyrənir ki, keçmiş xüsusi təyinatlı əsgərlər öldürülməyə başlamışdır. Onun fikrincə, qatillər Metriksi də öldürməyə cəhd edəcəklər. Bu səbəbdən onu qorumaq üçün evində iki əsgər saxlayır. General yola düşəndən sonra qatillər qəflətən evə hücum edirlər. Onlar əsgərləri öldürürlər və Metriksın qızı Cennini girov olaraq qaçırırlar. Metriks qatillərin qarşısını almaq istəyir, lakin bunu bacara bilmir və onlar tərəfindən tutulur. Qatillərin başçısı isə Metriksın köhnə düşmənləri olan istefaya göndərilmiş diktator Arius və ona xidmət edən Bennetdir. Onlar Metriksa bildirirlər ki, əgər Val Varde ölkəsinin (uydurulmuş latın amerikasına məxsus ölkədir) prezidentini öldürsə, Arius hakimiyyətini yenidən bərpa edəcək və onda qızı xilas olacaqdır.
Metriksı Val Vardeyə uçan təyyarəyə aparırlar. Bu zaman Metriks təyyarədən suya atılaraq xilas ola bilir. Uçuş məntəqəsində Sidni adlı qızla tanış olur və onun sayəsində Ariusun bazasının yerləşdiyi adanın koordinatlarını öyrənir. Metriks və Sidni silah mağazasına daxil olurlar və bir çox silah əldə edirlər. Həmçinin, onlar dəniz təyyarəsini oğurlayaraq Ariusun yerləşdiyi adaya doğru yola düşürlər. Bu müddətdə Val Vardeyə uçaq təyyarədə Metriks tərəfindən zərərləşdirən banditlərin bədənləri tapılır və bu barədə Ariusa çatdırılır. Onlar Cennini öldürməyə qərara alırlar. Bu zaman Cennet gizlənməyi bacarır. Bu müddətdə Metriks Sindiyə tapşırır ki, General Franklin Körbi ilə saxlayaraq adanın koordinatlarını ona bildirsin. Çünki General Franklin Körbi bunu eşidəndə, adaya çoxlu sayda əsgər göndərəcəkdir. Bu zaman Metriks silahlanır və bazaya çatır. Metriks bazanın bütün əsgərlərinin müqavimətini dəf etməyi bacarır. Metriks Ariusu öldürdükdən sonra Cennini tapmağa çalışan Benneti müşahidə edir. Onlar arasında mübarizə başlanır. Mübarizənin sonunda Metriks ona qalib gəlir və onu öldürür. General Franklin Körbi əsgər heyəti ilə adaya çatır. General ondan xidmətinə geri dönməsini istəyir. Lakin Metriks cavabında bunun son müharibəsi olduğunu bildirir. Metriks, Sindi və Cenni dəniz təyyarəsi ilə buranı tərk edirlər.
Rollarda Ad Rol Arnold Şvartsenegger Con Metriks Rey Doun Çounq Sindi Alissa Milano Cenni Metriks Ceyms Olson General Franklin Körbi Den Hedaya Arius Bernon Uells Bennett
İstinadlar
Xarici keçidlər
Kommando Rottentomatoes.com saytında
Kateqoriya:1985-ci ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ-də uşaq oğurluğu haqqında filmlər Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Uydurma ölkələr haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:Silver Pictures filmləri Kateqoriya:Coel Silverin prodüseri olduğu filmlər