İlhüseyn Pirhüseyn oğlu Hüseynov () — general-mayor, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (1991–1992) və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri (1991).

Həyatı İlhüseyn Pirhüseyn oğlu Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir.

Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ. Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır.

Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur.

1991-ci ilin sentyabrından Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həmin ilin noyabr ayından 1992-ci ilin may ayına qədər isə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləmişdir. İ. Hüseynov təhlükəsizlik orqanlarından general-mayor ali hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

25 sentyabr 2006-cı ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan general-mayorları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri