Harun (; ) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı.
Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik."Məryəm surəsi, 53
Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdəTaha surəsi, 24, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək). Sən, şübhəsiz ki, bizi görürsən!"Taha surəsi, 25–35 Nəticədə Allah Musanın istəyini yerinə yetirib qardaşı Harunu da peyğəmbər təyin etdi: "Dilədiyin sənə verildi, ya Musa!"Taha surəsi, 36
İstinadlar
Kateqoriya:İslam peyğəmbərləri Kateqoriya:Musa