İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, , ) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.

İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi. Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı. (Bənzər yenidən qurma yardımı müharibədən məğlub olaraq çıxmış Tayvan və müharibə sonrası Cənubi Koreyaya da göndərilmişdi, ancaq bu köməklər Marşal planı adı altında edilməmişdi.)

1961-ci ildə AİƏT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Konvensiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı olaraq yenidən quruldu və üzv ola biləcək ölkələrə Avropada olmayan ölkələr də daxil edildi. İƏİT-nin qərargahları Fransanın paytaxtı Parisdə, la-Müett şatosunda yerləşir. Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyiylə maliyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.

Üzv ölkələr Hal-hazırda qoşulma dəvəti göndərilən Kolumbiya ilə birlikdə təşkilata 36 ölkə üzvdür. Ölkə Müraciət Danışıqlar Dəvət Üzvlük Coğrafi yeri Qeydlər Avstraliya 7 iyun 1971 Okeaniya Avstriya 29 sentyabr 1961 Avropa AİƏT üzvü. 13 sentyabr 1961 Avropa AİƏT üzvü. 10 aprel 1961 Şimali Amerika Çili noyabr 2003 16 may 2007 15 dekabr 2009 7 may 2010 Cənubi Amerika Çex Respublikası yanvar 1994 8 iyun 1994 24 noyabr 1995 21 dekabr 1995 Avropa 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.. Danimarka 30 may 1961 Avropa AİƏT üzvü. 16 may 2007 10 may 2010 9 dekabr 2010 Avropa 28 yanvar 1969 Avropa 7 avqust 1961 Avropa AİƏT üzvü. 27 sentyabr 1961 Avropa AİƏT-ə 1949-cu ildə (Qərbi Almaniya) olaraq üzv olmuşdur.Adenauer und die Hohen Kommissare, Munich 1989, p. 465. Available here. 27 sentyabr 1961 Avropa AİƏT üzvü. dekabr 1993 8 iyun 1994 7 may 1996 Avropa 1949-cu ildən 1991-ci ilə qədər rəqib QİYŞ təşkilatının üzvü idi. 5 iyun 1961 Avropa AİƏT üzvü. İrlandiya 17 avqust 1961 Avropa AİƏT üzvü. 15 mart 2004 16 may 2007 10 may 2010 7 sentyabr 2010 Asiya 29 mart 1962 Avropa AİƏT üzvü. Yaponiya noyabr 1962 iyul 1963 28 aprel 1964 Asiya Cənubi Koreya 29 mart 1995 25 oktyabr 1996 12 dekabr 1996 Asiya Rəsmi olaraq Koreya Respublikası 29 may 2013 11 may 2016 1 iyul 2016 Avropa 9 aprel 2015 31 may 2018 5 iyul 2018 Avropa Lüksemburq 7 dekabr 1961 Avropa AİƏT üzvü. 14 aprel 1994 18 may 1994 Şimali Amerika Hollandiya 13 noyabr 1961 Avropa AİƏT üzvü. Yeni Zelandiya 29 may 1973 Okeaniya 4 iyul 1961 Avropa AİƏT üzvü. 1 fevral 1994 8 iyun 1994 11 iyul 1996 22 noyabr 1996 Avropa 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi. 4 avqust 1961 Avropa AİƏT üzvü. Slovakiya fevral 1994 8 iyun 1994 iyul 2000 14 dekabr 2000 Avropa 1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi. Sloveniya mart 1996 16 may 2007 10 may 2010 21 iyul 2010 Avropa 3 avqust 1961 Avropa 1958-ci ildə AİƏT-ə üzv olmuşdur.Julio Crespo MacLennan: Spain and the process of European integration, 1957–85, Basingstoke 2000, p. 31. Available here. 28 sentyabr 1961 Avropa AİƏT üzvü. İsveçrə 28 sentyabr 1961 Avropa AİƏT üzvü. 2 avqust 1961 Asiya və Avropa AİƏT üzvü. 2 may 1961 Avropa AİƏT üzvü. 12 aprel 1961 Şimali Amerika

Avropa Şurası İƏİT-nin AB üzv ölkələri ilə işində iştirak edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İƏİT Kateqoriya:Beynəlxalq maliyyə təşkilatları Kateqoriya:Beynəlxalq ticarət təşkilatları Kateqoriya:1948-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Paris təşkilatları