Azərbaycan Dövlət Tərcümə Mərkəzi – 23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin İlham Əliyevin sərəncamı ilə yaradılmış, Azərbaycan dövlət dilindən düzgün istifadə, ölkədə dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi işini həyata keçirən dövlət qurumu.. 21 noyabr 2024-cü ildə AR Prezidentinin Sərəncamı ilə ləğv edilib.

Tarixi Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 21 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilib

Haqqında Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və beynəlxalq əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi; tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanmasının təşkili; Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliğinin təmin edilməsi, Azərbaycan və xarici ədəbiyyatın aparıcı nümunələrinin müvafiq olaraq xarici dillərə və dövlət dilinə tərcümə edilməsi və nəşri; tərcümə olunan materiallarda dövlət dilinin düzgün işlənməsi, elmi, texniki, tibbi, hüquqi və digər sahələrdə tərcümə prosesinin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.

İstinadlar

Xarici keçidlər Azərbaycan Dövlət Tərcümə Mərkəzi

Kateqoriya:Azərbaycan dili Kateqoriya:23 mayda yarananlar Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Nazirlər Kabineti