Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; )МИРБАБАЕВ МИР ЮСИФ, 04.02.2014 İstifadə tarixi: 18.12.2014Мири Юсиф vs. Анкета Марселя Пруста: "Я нахожусь в постоянном состоянии влюбленности!", 25.01.2011 İstifadə tarixi: 18.12.2014 — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam,Miri Yusif və başqa ulduzlar şəkil çəkdilər – FOTO, 11–06-2013 İstifadə tarixi: 17.12.2014 Azərbaycanın xalq artisti (2019).
Həyatı Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır.
Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.
Şəxsi həyatı Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir.Мир Юсиф и Нура Сури откровенно о сокровенном… — ФОТО, 11.11.2010 İstifadə tarixi: 18.12.2014 Miri Yusif burada bir çox işdə çalışır. Özünün "karantin" adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başlayır.Мири Юсиф: "Человек, проживающий жизнь в полном комфорте, никогда не поймет меня…" — ФОТО, 21.11.2012 İstifadə tarixi: 18.12.2014
Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi. Cəmi bir ay sonra — 09.10.2008-ci ildə ailə həyatı qurur. Bu sevginin ilk töhfəsi "Sənin üçün" hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mirhüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladı dünyaya gəldi.Мир Юсиф стал отцом во второй раз, 09.01.2011 İstifadə tarixi: 18.12.2014Miri Yusif ata olacaq [Ailəsi ilə Fotosessiya], 14.10.2010 İstifadə tarixi: 04.03.2015
Karyera Musiqi karyerasına 1996-cı ildə "Dəyirman" qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir.
Dəyirman — Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.
Miri Yusif ABŞ-də yaşayarkən – 2005-ci ildə solo karyeraya başlamağa qərar verdi. İlk mahnı "Papa" mahnısı oldu. Daha sonra "Everrock Records" studiyasında "Avara" adlı ilk albomu yazıldı.
Bakıya qayıtdığı andan etibarən həyatında baş verən dəyişikliklər Miri Yusifin "Karma" albomunun yaranması yolunun başlanğıcı oldu. 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə "Karma" albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu.Miri Yusifin "Bir siqaret"i İstifadə tarixi: 18.12.2014 Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım oldu.
"Mən Heç Kiməm" adlı yeni sinql Miri Yusifin fəlsəfi axtarışının ilk nəticələrindən oldu. Musiqisi və sözləri Miri Yusifə məxsus olan bu track 2011-ci ilin sentyabr ayında sırf internet vasitəsilə yayımlanan "KARVAN EP" albomuna daxil edildi. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirən Miri Yusifin ilk EP albomu idi. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 15-də eyni adlı mahnının Eleven klubunda canlı alətlərin müşayəti ilə ilk klub konserti gerçəkləşdi. Miri Yusifin sayca 4-cü albomu olan "Nirvana" 2012-ci ildə işıq üzü gördü.Мири Юсиф презентует новую концертную программу – ВИДЕО, 05.09.2012 İstifadə tarixi: 18.12.2014 Albomun musiqi prodüseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan "Qal" trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. "Nirvana"nın əvvəlki albomlardan fərqi onda idi ki, albomda yer alan bütün mahnılar canlı olaraq musiqi alətləri ilə müşayiət olunurdu. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu.
"Məktub" mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə "Fəxri Fərman" mükafatını qazandırdı.
2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan "Mən Küləyəm" sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı. 8 Mart ərəfəsində "Beynəlxalq Qadınlar günü" münasibətilə Miri Yusif Eleven klubunda xanımlar üçün öz musiqili hədiyyəsini – "ilk akustik" konsertini uğurla verdi. Konsertdə bütün mahnılar akustik və bas gitara, perkussiya alətlərinin köməyilə səsləndirildi. Böyük anşlaqla qarşılanan bu konsert çoxsaylı istəklərin nəzərə alınmasıyla yenidən həmin məkanda 15 Martda təkrarlandı.Мири Юсиф выступил с акустическим клубным концертом – ФОТО, 11.03.2013 İstifadə tarixi: 18.12.2014
Miri Yusifin böyük konserti isə İyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi.
2013-cü ilin sonlarına yaxın "Ağ Qarğa" albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüseri "Nirvana"da olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan "Küçələrə Su Səpmişəm" tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan "İki Doğma İnsan" mahnısı "İlin mahnısı" mükafatını qazandı.
2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda "Yayın Ən Böyük" konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi. Ən son illərdə 2016-cı ilin İyul ayinin 8–9-u "2 GÜN Solo Konsert" adlı konsert proqramı ilə "Yaşıl Teatr"da çıxış etdi. 1 Mart 2017-ci ildə Elektra Events Hall-da "Ad Günu" adlı canlı solo konsert baş tutur. Bu konsertlər arasında 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada, The QUBE PROJECT adlı məkanda Dj Chinanın da iştırakı ilə Miri Yusifin konserti baş tutdu. Həmçinin o, çox vaxt "Eleven" adli night clubda tez-tez canlı solo konsert verir.
Musiqi üslubu Dəyirman qrupunda fəaliyyət göstərdiyi dönəmlərdə rep ifaçısı olsa da solo karyeraya başladıqdan sonra Etnik, Reggi, Rok, Şanson, R&B, Caz və Flamenko tərzində mahnılar yazmağa başladı.
Nailiyyətləri İlin hit mahnısı – Səndən Olmaz (2011)Azərbaycanda "İlin hit mahnısı" seçildi — SİYAHI — FOTOSESSİYA 24.01.2012, İstifadə tarixi: 18.12.2012 Fəxri Fərman – Məktub (2013) İlin Kişi müğənnisi (2013) İlin mahnısı – İki doğma insan (2014)"İlin mahnısı"na mükafatı Röya verdi, 04.01.2014 İstifadə tarixi: 18.12.2014 Azərbaycanın əməkdar artisti (27.05.2018) Azərbaycanın xalq artisti (21.10.2019)
Konsertlər
Azərbaycanda "Adınla Bağlı"(2011)Мири Юсиф выступил с сольным концертом — ФОТО, 10.03.2011 İstifadə tarixi: 18.12.2014 "Səndən Olmaz" (2011)Мири Юсиф выступит с очередным соло-концертом, 27.10.2011 İstifadə tarixi: 18.12.2014 "Deja Vu" (2011)Мири Юсиф выступил с концертной программой Deja Vu – ФОТО, 23.11.2011 İstifadə tarixi: 18.12.2014 "Nirvana" (2012)Мири Юсиф презентовал новую концертную программу – ФОТО, 24.09.2012 İstifadə tarixi: 18.12.2014 "Miri Yusif & Nigar Jamal" (2012)Мири Юсиф и Нигяр Джамал подарили зрителям незабываемые впечатления – ФОТО, 25.06.2012 İstifadə tarixi: 18.12.2014 "Yaşıl Teatr" (2013)Мири Юсиф собрал аншлаг в Зеленом Театре – ФОТО, 01.07.2013 İstifadə tarixi: 18.12.2014 "Ağ Qarğa" (2013)Мири Юсиф. Рождение "Белого ворона" — ФОТО, 21.12.2013 İstifadə tarixi: 18.12.2014 "Yaşıl Teatr" (2014)Miri Yusif konsert verəcək, 16.04.2014 İstifadə tarixi: 18.12.2014 "Rixos Quba" (2014) "Eleven Lounge" (2014)КОНЦЕРТ МИРИ ЮСИФА İstifadə tarixi: 18.12.2014 "Hesabat" (2015)Мири Юсиф подвел итоги 2014 года "сольником" на сцене Дворца Гейдара Алиева? 12.01.2015 İstifadə tarixi: 12.01.2015 Yaşıl TeatrMiri Yusifin konsertində nələr baş verdi? — fotolar, 27.07.15 İstifadə tarixi: 23/09/2015 Eleven Lounge (2015)Miri Yusif konsert verməkdən yorulmur ki, — yorulmur 17.09.2015 İstifadə tarixi: 06.12.2015
Xaricdə Kanada (2012)Мири Юсиф отправляется на гастроли в Канаду – ВИДЕО, 21.02.2012 İstifadə tarixi: 18.12.2014Мири Юсиф представит клип, снятый в Канаде – ФОТО, 29.05.2012 İstifadə tarixi: 18.12.2014Самый модный и популярный исполнитель Азербайджана Мири Юсиф с новой программой "Карма" — впервые в Канаде İstifadə tarixi: 18.12.2014 "Я-Никто" (2013)В Москве прошел концерт Мири Юсифа, 05.11.2013 İstifadə tarixi: 18.12.2014Мири Юсиф в Москве, 08.11.2013 İstifadə tarixi: 18.11.2014Концерт Мири Юсифа состоялся в Москве İstifadə tarixi: 18.12.2014
Turnelər Kanada (2012)Мири Юсиф выступит с концертом в Вашингтоне, 29.11.2011 İstifadə tarixi: 18.12.2014
Diskoqrafiya
Avara (2006) Karma (2010) Karvan (2011) Nirvana (2012) Ağ Qarğa (2013)
Videoqrafiya +SayKlipTarix01Bir Siqaret201002Bura Bakıdır ft. PRoMete 201003Karma201004Petrol (duet Aygün Kazımova)201005Qınama201106Mən Heç Kiməm201107Əlvida201108Karusel (duet AiD)201109Bakılı Sərçələr201210Nirvana201211Qal (duet Nigar Jamal)201212Dəli Duman201213Məktub201214Bir Addım201215Четыре Сигареты и Бессонница 201316Mən Küləyəm201317Vicdan201318Roza201419Avara201420İki Doğma İnsan ft. Zülfiyyə Xanbabayeva201421Yarım Dünya 201422Bilmək Olmaz201423Ehtiyac201424Özəl201525İstə201526Ağ Təyyarə201527Serenada201528Sən Hara, Bura Hara?201529Ağ Təyyarə (Kamil & Tural Remix) 201530Səbəbkar201631Sənlə Biz201632Bomba Kimi ft. DJ Matuya 201633Ad Günü201634Ad Günü (Kamil & Tural Remix)201635Tərki-Dünya201736Neyləyim201737Oyna201738Ayıq Sürücü201739Hərdən201840Yuxu201841Dəli Oluram201842Gəl, Gör201843Doldur201844Julia201945Uyma201946Sənə Qurban201947Yar-Yar ft. Sheyh Ree 202048Ruh Əkizləri202049Sevgilim (duet Röya)202050Beyni Qan202051Onu Düşünəndə ft. Arif Zeynalov, Hafex 202052Ali Baş Komandan ft. Arif Zeynalov 202053Hayatım202054Məna (duet Ulviyya)202155Doğum Günü202156Bilməm202157“Nazik Mətləb” Filminin Soundtracki (duet Brilliant Dadaşova) 202158Dəniz202159İnanmıram202260Göyə Sarı202261Bənövşə202262Xəzərəm202263Bildim202264Var Olasan ft. Nurlan Göyçəli 202365Şərab202366Adəm ft. SAYBU2024
Filmoqrafiya ANA.ANNE.МАМА.MOTHER.MADRE.MAMAN.أمي (ananın oğlu)Мири Юсиф и "Мисс Азербайджан 2012" снялись в фильме "Мама" — ВИДЕО, 14.01.2013 İstifadə tarixi: 19.12.2014Miri Yusif: Mən Tarix Allmag istərdim! İstifadə tarixi: 19.12.2014 Yarımdünya (Anar rolunda)Мири Юсиф, Турал Асадов, Гюльсара Рзаева в тизере фильма "Yarımdünya" — ВИДЕО, 27.02.2015 İstifadə tarixi: 03.03.2015Мири Юсиф, Турал Асадов, Первин Абиева и другие в тизере фильма "Yarım dünya" (видео), 25.02.2015 İstifadə tarixi: 03.03.2015Miri Yusifin baş rola çəkildiyi filmin tizeri — VİDEO, 26.02.2015 İstifadə tarixi: 10.04.2015
İstinadlar
Xarici keçidlər
Rəsmi Telegram kanalı
Kateqoriya:Azərbaycan müğənniləri
Kateqoriya:Dəyirman Kateqoriya:Azərbaycan repçiləri