Tahir Yaqub oğlu Budaqov () — Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı (2026-cı ildən), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sabiq sədri (2015–2026), YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri.

Həyatı Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olmuşdur.1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirmişdir. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləmişdir.

1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olmuşdur. "SOS Uşaq Kəndləri — Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunmuşdur.

31 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2026-cı il tarixli sərəncamına əsasən o, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilmiş, Prezidentin digər sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Ailəsi Evlidir, 3 övladı var.

İstinadlar

Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Nizami Rayon İcra Hakimiyyətinin başçıları (Bakı) Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının sədr müavinləri Kateqoriya:Tibb üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrləri Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri Kateqoriya:Nəsimi Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri