yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfüqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — , bir cüt böyük qanadlar — , bir cüt kiçik qanadları — və bir cüt qanadabənzər çıxıntıları — vardır.
Cismi Cisminin daxilində əsas cibi — deyilən boşluq vardır. Həmin cib adlanan arakəsmə vasitəsilə iki şöbəyə bölünür. Əsas sümüyü cisminin altı səthi vardır: yuxarı, aşağı, ön, dal və iki yan. Yuxarı səthi yəhərə bənzədiyinə görə onu türk yəhəri — adlandırırlar. Yəhərin ortasını beyin artımına məxsus çuxur — tutur. Bəzən bu zuxurun dibindən beyin artımı axacağına məxsus başlayır və əsas sümüyün cisminin aşağı səthinə açılır. Çuxurdan önə yəhər qabarcığı (yəhər qşı) — və yan tərəfdə orta mail çıxıntı — yerləşmişdir.
Yəhər qabarcığından önə görmə sinirlərinin çarpazına məxsus çarpaz şırımı — keçir. Bu şırım yuxarı və ön tərəfdən əsas sümük hündürlüyü — vasitəsilə əhatə olunmuşdur. Türk yəhəri arxadan yəhər arxası — adlanan sümük səfhəsi ilə əhatə olunmuşdur və yan tərəflərdə dal mail şıxıntılar — ilə tamam olur. Əsas sümüyün cisminin dal səthi ənsə sümüyünün əsas hissəsi ilə birləşir. Əsas cibi qabaq tərəfdən nazik sümük səfhələri — əsas sümük balıqqulaqları — ilə örtülmüşdür. Bu səfhələrin ön tərəfində əsas cibi yarığı — adlanan kiçik dəlik vardır. Əsas cibin arakəsməsi ön tərəfdə darağa — keçir. Bu daraq şaquli vəziyyətdə olub şağı ucu dimdik — adlanır. Əsas sümüyün cisminin aşağı səthi burun çəpəri ilə birləşərək burun boşluğuna baxır.
Böyük qanadlar
Əsas sümüyünün cisminin yan tərəflərində yana doğru böyük qanadlar — çıxır. Hər qanadın ön və ya gözyuvası səthi — , beyin səthi — və gicgah çuxuruna baxan gicgah səthi — və almacıq, alın, təpə və gicgah sümükləri ilə birləşməyə məxsus kənarları — vardır. Beyin səthi basıq olub, üzərində üç dəlik vardır: ındə girdə dəlik — , bayır tərəfdə arxada oval dəlik — və qanadların adlanan arxa ucunda tin dəliyi — olur. Böyük qanadların əsası yaxınlığında əsas sümüyü cisminin yan tərəfində arxadan önə doğru daxili yuxu arteriyasına məxsus şırım — gedir. Həmin şırım qanadların arxa kənarında bayır tərəfdən adlanan dilçəklə əhatə olunmuşdur. Böyük qanadların gözyuvası səthi hamardır, bu səthin yuxarı kənarı ilə kiçik qanadların aşağı səthi arasında göz ytuvasının yuxarı yarığı — əmələ gəlir. Böyük qanadların göz səthi altında adlanan səth vardır; buraya böyük qanadların girdə dəliyi açılır. Böyük qanadların gicgah səthi üfüqi tərzdə gedən gicgahaltı darağı — vasitəsilə iki hissəyə bölünür.
Kiçik qanadlar Kiçik qanadlar — iki kök vasitəsilə əsas sümüyü cisminin yuxarı və ön şöbəsindən başlayır. Kıklər hər iki tərəfdən göz yuvasına açılan görmə kanalını — əhatə edir. Kiçik qanadlar üçbucaq səfhəyə bənzəyirlər: bunların aşağı səthləri göz yuvasına və yuxarı səthləri kəllə boşluğuna çevrilmişdir. Arxa kənarı kəllə boşluğuna baxır və içəri ucu ön mail çıxıntı — adlanır. Kiçik qanadların daxilində bəzi vaxt cib olur.
Qanadabənzər çıxıntılar Qanadabənzər çıxıntılar — şaquli tərzdə böyük qanadların əsasından aşağıya doğru gedirlər. Hər çıxıntı birər içəri və bayır səfhələrdən — inarətdir. Bu səfhələr yuxarıda geriyə açılmış bir çuxur — və aşağıda, bir-birindən uzaqlaşaraq, oyma — əmələ gətirir. Bu oyma tam kəllədə damaq sümüyünün piramid çıxıntısı ilə tutulur. Qanadabənzər çıxıntıların ön səthində şırım — vardır. Bu şırımın yuxarı ucunda qanadabənzər çıxıntının əsasını deşərək öndən yuxarıya doğru gedən qanadabənzər kanal — başlayır. Qanadabənzər çıxıntının bayır səfhəsi enli və qısa, içəri səfhəsi uzun və ensizdir. İçəri səfhə aşağı ucunda adlanan qarmaqla tamam olunur. Qanadabənzər qarmaq üzərində bir şırım — qanadabənzər qarmaq şırımı — vardır. İçəri səfhə yuxarıda əsas sümüyün cisminin aşağı səthinə keçərək yataq çıxıntısı — əmələ gətirir; bu çıxıntının aşağı səthi ilə öndən arxaya doğru bir şırım — uzanır. bəzən bu şırım əvəzində adlanan kanala təsadüf olunur. Bu kanaldan içəri tərəfə iləəsas sümüyün cisminin aşağı səthi arasında digər bir şırım — xış-yataq şırımı — vardır. Həmin şırım xış qanadı vasitəsilə xış–yataq kanalına — çevrilir. İçəri səfhənin yuxarı şöbəsinin arxa kənarında qayığabənzər çuxur — və bu çuxurdan yuxarı və bayır tərəfə eşitmə borusu şırımı — vardır. Qanadabənzər çıxıntıların bayır səfhəsi vasitəsi ilə bucaq tiniilə birləşərək eyni adlı dəlik əmələ gətirir. Bəzən qanadabənzər tin bağı sümükləşərək — adlanır.
İstinadlar
Mənbə Prof. K.Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, I cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1971
Kateqoriya:Kəllə sümükləri Kateqoriya:Otorinolarinqologiya Kateqoriya:Baş və boyun sümükləri