Khmer dili () ) — khmerlərin dili. Mon-khmer dilləri qrupuna aiddir. Bu dildə təxminən 4,5 milyon adam danışır (1979). Səs tərkibi saitlərlə zəngindir. Köksözlü dillərdəndir. İki əsas dialekt qrupu (şimal-qərbi və cənub-şərqi) var. Ədəbi dil Pnompen dialektinə əsaslanır. Leksikasında sanskrit, pali və fransız dillərindən keçmə sözlər çoxdur. Yazısı pali dilindən götürülmüşdür. Khmer dilində ilk kitabələr 7 əsrin əvvəlinə aiddir. Kambocanın əsas dili, Asiyanın ən iri dilllərindən biri. Khmer dili khmer əlifbasından istifadə edir.
İstinadlar
Ədəbiyyat Основы кхмерского языка Краткое пособие (в формате PDF) с аудиофайлами.
Xarici keçidlər
Kateqoriya:Kamboca dilləri